ONN İnformasiya Agentliyi

“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da

“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
02 Oktyabr 2023 - 20:18

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi ” “Zəngəzur” toponiminin qədim etnogenez tarixi” adlı layihə çərçivəsində nəşr olunmuş ” “Zəngəzur” toponiminin qədim etnogenez tarixi” kitabının təqdimat mərasimi keçirilib. 
Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda baş tutan təqdimat mərasimində AMEA-nın Əlyazmalar, Dilçilik institutlarının, Toponimika şöbəsinin rəhbərliyi, tanınmış akademiklər, araşdırmaçılar və tarixçilər iştirak edib. Kitabın məzmunu “Turan Araşdırmalar Mərkəzi” İctimai Birliyinin cavabdehliyindədir. 
Tədbiri giriş sözü ilə açan AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli kitabın məziyyətlərindən, mərhum araşdırmaçı Əjdər Tağıoğlunun elmi və tarixi araşdırmalarından danışıb. Bildirib ki, Əjdər Tağıoğlu bir sıra tarixi araşdırmaları ilə erməni yalanlarına zərbə vurub, onları ifşa edib. 
Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də kitabın dəyərli tarixi araşdırma əsəri olduğunu deyib. Bildirib ki, bu kimi tarixi əsərlərin yazılıb təbliğ edilməsi tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Akademiyanın Toponimika şöbəsinin müdiri Elçin İsmayılov isə əsərlə bağlı geniş məruzə ilə çıxış edib.   Kitabla bağlı edilən digər məruzələrdə bildirilib ki, günümüzə kimi çoxsaylı müəlliflərin “Azərbaycan tarixi” adında yazdıqları kitabların heç birində çağdaş Azərbaycan dövlətçiliyinin tarixi qədim ümumtürk tarixi kontekstində araşdırılmayıb. 
Şair Rüstəm Behrudi mərhum Əjdər Tağıoğlu ilə bağlı xatirələrini bölüşüb. Müəllim kimi ondan çox şey öyrəndiyini deyən Rüstəm Behrudi Əjdər Tağıoğlunun tariximizlə bağlı dəyərli araşdırmalar aparıb kitablar yazdığını deyib. 
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib ki, Əjdər Tağıoğlu tariximizi özümüzə qaytardı. Yunus Oğuz vurğulayıb ki, Əjdər Tağıoğlu tarixi sanki kodla yazırdı:
“Əjdər Tağıoğlunun yazdığı tarix bir-bir bərpa olunur. Onun yazdıqları sübuta yetirilir”.
Sonda kitabın redaktoru, “Turan Araşdırmalar Mərkəzi” ictimai birliyinin sədri Cavid  İsmayıl çıxış edib. Hər kəsə təşəkkürü ifadə edən müəllif atasının elmi yaradıcılığından danışıb. Bildirib ki, Əjdər Tağıoğlunun elmi araşdırmaları onun gözü qarşısından keçib.

Cavid İsmayıl Əjdər Tağıoğlunun Cavid yaradıcılığını geniş araşdırdığını, bunun üçün dərin araşdırma apardığını deyib. Natiq Əjdər Tağıoğlunun qədim türk tayfaları ilə bağlı da araşdırma apardığını vurğulayıb:
“O tədqiqatlarında qeyd edir ki, bu coğrafiyanın qədim sakinləri türklər olub.

Günümüzə kimi çoxsaylı müəlliflərin “Azərbaycan tarixi” adında yazdıqları kitabların heç birində çağdaş Azərbaycan dövlətçiliyinin tarixi qədim ümumtürk tarixi kontekstində araşdırılmamışdır. Unudulmuşdur ki, ruhu insanın canından, dırnağı mayadan ayırmaq olmaz! Ancaq rus imperiyasının XIX əsrin əvvəllərindən başlanan “Türksüz Ön Qafqaz” ideoloji ölüm konveyri 70 illik Sovetlər Birliyi dövründə etnokökü qarışıq olan, son nəfəsində də coşqun, nifrət dolu bir pafosla “mən nə “türk” adında millət tanıyıram, nə də türk dili” – deyə ölkə rəhbərliyinin iştirak etdiyi elmi ictimaiyyət toplantısında açıq bəyanat verən bəzi aparıcı alimlərimizi gənclik illərindən düşmən mövqeyinə atdı. Azərbaycan tarixşünaslığında mütləq hakimiyyəti ələ keçirən həmin şəxslər Kremlin “Azərbaycan Respublikası” adlandırdığı coğrafiyada “çoxmillətli xalqlar”ın tarixini yazdılar və yazdırdılar.

Bu kontekstdə də tarixşünaslığımızda düşmən konsepsiyasını – “Azərbaycan xalqının etnokökü” məsələsini elmin aparıcı modelinə çevirən, özləri kimi, yad düşüncəli, ziyankar etnik qələm sahibləri yetirməyə nail oldular. Bununla da onlar heç bir elmi qaynaqda adı belə çəkilməyən gəlmə etnikləri, hətta hayları türkün əcdad torpaqlarına sahib etdilər. Mənsəb və şöhrət naminə hakimiyyətin müti nökərlərinə çevrilmiş bu dönüklər Azərbaycan türkünün Ön Qafqazda köklənmiş ən qədim nəsil ağacının budaqlarını ümumtürk tarixindən nəinki ayırdılar, hətta qara torpaqdan  onun rişələrini də qazıyıb atdılar. 

“Kitabi-Dədə Qorqud” abidəsi Azərbaycan tarixşünaslığının ilk mifoloji və filoloji mənbəyidir. Burada səlnaməçi dastandüzənin qələmə aldığı hadisələr, hətta antik tarixçilərin – Herodot və başqalarının yazıya aldıqları hadisələrin tarixindən əvvəllərə – insan cəmiyyətinin qohum tayfalar şəklində yaşadıqları dövrlərə gedib çıxır. Dastandüzən gələcəkdə Oğuz tayfaları arasında “Al çadırlılar” və “Ağ çadırlılar” adında iki yeni nəslin yaranacağını xəbər verir. Ancaq dastanın bizə gəlib çatan variantında onların izdivacından yaranmış yeni nəsil barədə məlumat verilmir. Təəssüflər olsun ki, “Kitabi-Dədə Qorqud” bizə bitmiş dastan şəklində deyil, pərakəndə halda gəlib çatmışdır. Araşdırmalarımız sübut edəcək ki, Azərbaycan türkünün qədim Ön Qafqaz torpaqlarında işğalçı imperiyanın “Oğuz Albaniyası” deyil, “Qafqaz Albaniyası” adında təxribat və təcavüz modelini Qafqaz tarixinə çevirməyə, hadisələri gələri erməni və gürcüləri qədim yerli əhali, habelə bu torpaqlarda ata-baba payı olmayan məlum kiçicik etnik əhalini Alban tayfalarının varisləri hesab edən düşmən tarixçilər elmlə deyil, siyasi cəfəngiyyatla məşğul olmuşlar. “

Qeyd edək ki, ” “Zəngəzur” toponiminin qədim etnogenez tarixi” kitabının redaktorları Türkiyə Cümhuriyyətinin Təhlükəsizlik Şurasının üzvi, TADİV Başqanı, professor Aygün Attar, yazıçı-publisist Yunus Oğuz, TAM sədri, f.ü.e.d Cavid İsmayıldır. Kitab  “Elm və Təhsil” nəşriyyatında çap edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” layihəsi AMEA-da
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png