
ONN media oxucularına qurabiyə şirniyyatının hazırlanmasını təqdim edir.
Ərzaqlar
-
3 Yumurta,
-
250 gr margarın (1 paket)
-
1 st. şəkər tozu (kirşanı da olar)
-
1 x/q dan biraz çox kakao
-
1 paket qabartma tozu
-
3-3.5 st un (“kulak memesi” yumşaqlığında xəmir alınanacan)
Hazırlanması
-
2 Yumurtanın sarısını və 1 yumurtanın ağını, şəkər tozunu yaxşı qarışdırırıq, pesok tamam əriyir.
-
Margarini əridib qaba qatırıq və qarışdırmağa davam edirik.
-
Unu və qabartma tozunu ələkdən keçiririk, yavaş-yavaş hazırladığımız qarışığa əlavə etdikcə yoğururuq, yumşaq xəmir alınır.
-
Xəmiri bərabər iki hissəyə ayırırıq, bir hissəsinə kakao qatıb yoğururuq.
-
Sadə xəmiri oxlovla açırıq, kakaolu xəmiri də eyni qalınlıqda(orta qalınlıqda olmalıdırlar, nazik yox) açıb üst-üstə qoyub bir dəfə üstündən oxlov gəzdiririk.
-
Xəmiri rulet formasında bükürük.
-
Rulet çox qalın olmamalıdır.
-
35-40 dəq. ruleti soyuducuda saxlayın.
-
Sonra bıçaqla 1 barmaq qalınlığında ruleti dilimləyin
-
.Sobanı biraz əvvəlcədən 180dərəcədə isitmək lazımdır ki, yayılmasın qurabiyələr.
-
Təxminən 10 dəqiqə bişirin.
OXŞAR XƏBƏRLƏR