Tərkibi: 4 ədəd yumurta 100 qr şəkər tozu 500 qr Maskarpone (italyan pendiri) 250 qr (təxminən 34 ədəd) “Дамские пальчики” 350 ml qəhvə Kakao 2-3 x/q şirin şərab (zövqə görə konyak, likör də istifadə edə bilərsiniz) Hazırlanması: Birinci yumurtaların ağını sarısından ayırırıq. Daha sonra yumurtanın sarısı ilə şəkər tozunu mikser vasitesilə qarışdırırıq. Daha sonra Maskarpone pendirini əlavə edib qarışdırmağa davam edirik. Başqa bir qabda yumurtanın ağını tam şişənə qədər mikserlə qarışdırırıq. Hazır olduqdan sonra birinci hazırladığımız qarışıma ehtiyatla əlavə edib yavaş-yavaş qarışdırırıq. 350 ml suya təxminən 4 çay qaşığı qəhvə əlavə edib qarışdırın. İstəyə uyğun olaraq buraya şirin şərab, konyak əlavə edə bilərsiniz. Hazır olan qəhvəyə çubuqları salırıq. Amma çox saxlamamağa diqqət edin ki, qırılmasınlar. Qəhvədə isladılmış çubuqları ölçüsü 17x25 sm olan qaba düzürük. Üzərinə hazırladığımız qarışımın bir hissəsini tökürük. Üstünə yenidən qəhvədə isladılmış çubuqları düzürük. Qabda qalan qarışımı yenidən çubuqların üzərinə tökürük. Soyuducuya qoyub 5-6 saat saxlayırıq. Tiramisunu soyuducudan çıxartdıqdan sonra üzərinə kakaonu ələyirik. Doğrayarkən ehtiyatlı olun ki, içərisi qat-qat qalsın. Nuş olsun!
Tiramisu resepti



Sadə biskvit tortunun hazırlanma qaydası - FOTO
Limonlu keksin hazırlanma QAYDASI
Evdə dondurma hazırlamağın ən rahat yolu - RESEPT
Blinçik xəmiri resepti
Ev şəraitində hazırlanan orijinal tiramisu resepti
Çia və bananlı keks resepti
Çiyələkli limonad resepti
İki rəngli qurabiyə
Kadayıflı magnolia resepti
Yay dovğası resepti
Gürcü xəngəli necə hazırlanır? - RESEPTİ
New york çizkeyki - Resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 