Bakıda və rayonlarda müşahidə olunan qarlı hava şəraitinin bir neçə gün də davam edəcəyi gözlənilir. Havanın dəyişməsi təbii olaraq Azərbaycanın zəngin mətbəxində xüsusi yeməkləri ön plana çıxarır. Kulinarlar isə sözügedən mövzuda fikir ayrılıqları yaşayırlar. Belə ki, bəziləri ət yeməklərinə üstünlük verməyi tövsiyə edir, digərləri isə fəsil dəyişkənliyinin qida rasionun da dəyişməsinə yol açmıradığını vurğulayır.
Bəs bu cür qarlı havalarda nə yeyilməsi tövsiyə olunur?
“Bu cür havada yarpaq xəngəli, sulu xəngəl yemək lazımdır. Qışda ət xörəklərinə üstünlük verilməlidir, amma burada tək mal ətindən söhbət getmir, həmçinin qaz, hinduşka, ördək, ov heyvanlarının ətindən yeyin. Bu cür yeməklər yeyin, amma masadan doymamış qalxın. Belə yeməklərin heç bir ziyanı yoxdur, Azərbaycan mətbəxi bizi həmişə yaşadıb, həmişə də yaşadacaq, amma qədərində yesək”.
“İndi əksəriyyət ət yeməyi adı gələn kimi içki axtarır, dədə-babalarımız içməyib, hamıdan da sağlam olub, mən özüm də spirtli içki içmirəm. İndi xaş adı gələn kimi hamı içkiyə qaçır, xaş sirkə, sarmısaqlı sirkə, sarmısaqlı qatıqla istifadə olunur, buna görə də içki mütləq deyil”- deyə Tahir Əmiraslanov vurğulayıb.
O bildirib ki, sarmısaq və bu kimi digər tərəvəzlərin sırf qışda istifadəsi düz deyil, sarmısaqdan həmişə istifadə olunmalıdır:
"Soyuq hava mikrobları da öldürür, belə havaların uzun – 15 gün, 1 ay çəkməsi lazımdır ki, insanlarla yanaşı, bitkilər də sağlam olsun, çünki bu cür sazaq hava bitkilərin kökündəki ziyanverici həşəratları da öldürür. Bitkilər sağlam olduqca, bişirdiyimiz yeməklər də insanların sağlamlığını qoruyacaq".



Qarlı hava neçə gün davam edəcək? - RƏSMİ AÇIQLAMA
İstinin mənfi təsirlərini azaltmağın yolları
DYP əlverişsiz hava ilə bağlı xəbərdarlıq etdi
Gədəbəy də ağ örpəyə bürünüb - FOTO
Bu günün havası açıqlandı
Arıqlayarkən mütləq bunlara diqqət edin
Bakıya bu tarixlərdə qar yağacaq
Sabah hava necə olacaq?
Qarlı havada Şuşaya bu yolla hərəkət edin - Rəsmi müraciət
Mütləq alma yeyin...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 