Bilirik ki, pəhriz saxlayanlar, arıqlamaq istəyənlər un məmulatlarından uzaq durmalıdırlar. Əlbəttə, ləziz un məmulatlarını görüb yeməmək olduqca çətindir. Lakin həm yeyib, həm də az kalori almaq də mümkündür. ONN media sizə kəsmikli pəhriz bulkasının reseptini təqdim edir. Sağlam qidalanmağa çalışanlar üçün ideal reseptdir, kalorisi də azdır.
Lazım olan ərzaqlar:
- 3 stəkan tam buğda, ya da çovdar unu (Çovdar unu ilə bişirsəniz, xəmirin qatı olmaması üçün un 3 stəkandan az olsun)
- 1 stəkan qatıq
- 2 yumurta
- 1/2 su stəkanı zeytun yağı
- 1 paket qabartma tozu
- Bir çimdik duz
- Bir az doğranmış şüyüd
İçlik üçün:
- kəsmik
- Bir az doğranmış şüyüd
Hazırlanma qaydası:
Yumurtanın birinin sarısını ayrı kasaya qoyun (sonra bulkanın üzərinə çəkiləcək). Bir yumurta, yumurtanın ağı, qatıq və zeytun yağını çırpın. Ayrı bir qabda 1 stəkanı un, duz və qabartma tozunu qarışdırın. Yumurta və zeytun yağı qarışımını unun üstünə tökün və yoğurmağa başlayın. Qalan 2 stəkan unu da az-az tökün və ələ yapışmayacaq xəmir olana qədər yoğurmağa davam edin. Axırda doğranmış şüyüdü də əlavə edin və təkrar yoğurun. Xəmiri 18-20 kündəyə ayırıb yumrulayın.
Başqa qabın içində kəsmiklə şüyüdü də qarışdırın. Kündələri əlinizlə açıb ortasına bir çay qaşığı içlik qoyun və yaxşıca bağlayın. Yağlı kağız sərilmiş qaba düzün, üstünə yumurta sarısını sürtün. İstəsəniz, çörəkotu da səpə bilərsiniz. Əvvəldən isidilmiş sobada 180 dərəcədə üstü qızarana qədər bişirin.
Nuş olsun!



Pəhriz saxlayanlar üçün kəsmikli bulka - RESEPT
Sobada siqara börəyi necə hazırlanır? - RESEPT
Yumurta şirniyyatı resepti
Qarğıdalı unundan bulka
10 dəqiqədə şokoladlı tart keksi resepti
Şəkər çörəyi necə hazırlanır? - QAYDASI
Ən asan və dadlı keks resepti
Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Gavalılı pambıq keks resepti
Ən dadlı pryanik necə hazırlanır? - QAYDASI
Çiyələkli keks- RESEPT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 