Hər kəsə bəllidir ki, qida insan sağlamlığı üçün ən əhəmiyyətli şeydir. Ona görə də sağlam qidalanmaq üçün nə yediyimizə xüsusi diqqət etməliyik.
ONN media-nın reseptini verdiyi bu bulka isə ləzzətli olmaqla yanaşı, insan orqanizmi üçün də faydalıdır.
Qarğıdalı unundan bulka
Lazım olanlar:
2 yumurta (yumurtalardan birinin sarısını üzərinə sürtmək üçün ayırın)
1 stəkan qatıq
1 stəkan duru yağ
1 xörək qaşığı kərə yağı
2 çay qaşığı şəkər tozu
1 çay qaşığı sirkə
1 çay qaşığı duz
1 paket qabartma tozu
Bir az doğranmış şüyüd
1 stəkan rəndələnmiş pendir.
2 stəkan yarım qarğıdalı unu
Apardığı qədər buğda unu
Hazırlanması:
Bütün ərzaqları qarışdıraraq, buğda ununu yavaş-yavaş əlavə edərək, yumşaq ələ yapışmayan xəmir yoğurun. Xəmirdən istədiyiniz ölçüdə qoparıb yuvarlayın və soba qabına düzün. Üzərinə yumurta sarısı sürtüb azacıq qarğıdalı unu səpin. Əvvəlcədən qızdırılmış 175 dərəcəlik sobada qızarana qədər bişirin.
Çayınızın yanında yeyə biləcəyiniz ləzzətli bulkalarınız hazırdır.
Nuş olsun!



Ağızda dağılan duzlu peçenye
Lahmacun RESEPTİ
Kartof dolması hazırlanması
Ən asan və dadlı keks resepti
Gavalılı pambıq keks resepti
Midye börək resepti
Şəkər çörəyi necə hazırlanır? - QAYDASI
Şokoladlı yaş keks resepti
Midye börək resepti
Limonlu tartın HAZIRLANMA QAYDASI
Limonlu tartın HAZIRLANMA QAYDASI
Ləzzətli meşə tortu - RESEPT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 