ONN İnformasiya Agentliyi

Çay süfrənizə ləzzət qatacaq – PORTAĞALLI LOKUM

Çay süfrənizə ləzzət qatacaq – PORTAĞALLI LOKUM
31 May 2018 - 15:47

Çay içməyi hər birimiz çox sevirik. Gündə ən az 4, 5 dəfə çay içmək adət halımızdır. Çayın yanında ləzzətli bir şirniyyat olduqda isə daha da xoşumuza gəlir.

ONN media çayla içəcəyiniz dadlı portağallı lokum reseptini verir.

Lazım olanlar:

1 stəkan yarım təzə sıxılmış portağal suyu
1 stəkan yarım su
3 xörək qaşığı nişasta
6 xörək qaşığı şəkər tozu
Kakos (istəyə görə)

Hazırlanması:

Kakosdan başqa bütün ərzaqları qazana töküb, qaşıqla çalın. Qazanı ocağa qoyub qaynayana qədər qarışdırmağa davam edin. Qaynadıqdan sonra odu azaldıb, 5-6 dəqiqə daha bişirin və dərhal bir şüşə siniyə boşaldın.

Otaq temperaturuna gəldikdə soyuducuya qoyub ən az 2 saat saxlayın. Sonra çıxarın və dilimləyin. İstədiyiniz qədər kakosa batırın.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png