ONN İnformasiya Agentliyi

İspanaqlı toyuq dolması yemisiniz ? – Resept

İspanaqlı toyuq dolması yemisiniz ? – Resept
30 May 2018 - 13:27

Mətbəximizdə bir çox dolma növü var. Amma ONN media-nın verəcəyi bu reseptlə tam fərqli bir dolma növü ilə tanış olacaqsınız.

İspanaqlı toyuq dolması

Lazım olanlar:

500 qr toyuq sinəsi

2 soğan

1 dəstə ispanaq

1 dəstə təzə nanə

2 xörək qaşığı zeytun yağı

1 ədəd kiçik limon

Kərə yağı

Duz

İstiot

Hazırlanması:

Doğranmış soğan zeytun yağında qovrulur və içinə ispanaq, nanə, rəndələnmiş limon, duz və az su tökülür. Suyu çəkildikdən sonra ocaqdan götürüb soyudulur.

Toyuq sinəsinin üzərinə duz, istiot səpilir, hazırlanan içlikdən qoyulub bükülür və çöplə bağlanır.

İçi azacıq yağlanmış soba qabına düzülən toyuq dolmalarının üzərinə azacıq kərə yağı qoyulur. Üstləri alüminium falqa ilə örtülüb, 190 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirilir.

İsti-isti servis edin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png