ONN İnformasiya Agentliyi

Lokumu evdə özünüz hazırlayın – ASAN RESEPT

Lokumu evdə özünüz hazırlayın – ASAN RESEPT
05 İyun 2018 - 15:20

Artıq şirniyyat süfrələrində cürbəcür lokumlar da yer alır. Bir çoxlarımız çayla lokum içməyi xoşlayırıq. Hamımızı həmin şirniyyatları mağazadan alırıq və düşünürük ki, onu evdə hazırlamaq çətin olar. Amma elə deyil.

ONN media sizə evdə lokum hazırlamağın qaydalarını təqdim edir.

Ərzaqlar:

1 kq şəkər tozu
Yarım litr su
1 yemək qaşığı limon suyu
1 stəkan nişasta
Yarım stəkan su
2 qr krem tartar (tartarik turşunun duzu)

Üstü üçün: 

1 stəkan pudra şəkəri

Hazırlanması:

Şəkər tozunu və yarım litr suyu qazanın içində qaynadın. Yaxşıca qaynamağa başlayanda içinə limon suyunu tökün. 

Başqa qabda bir stəkan nişastanı və yarım stəkan suyu qarışdırın. Bunu qaynatdığınız suyun içinə əlavə edərək, qarışdırmağa davam edin. Son olaraq krem tartarı tökün. Bir az qatılaşanda ocaqdan götürüb bir siniyə yayın və soyumağa qoyun

Soyuyan lokumları kvadrat şəklində kəsin və pudra şəkərinə batırın. 

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png