ONN İnformasiya Agentliyi

Moxito evdə necə hazırlanmalı? – RESEPT

Moxito evdə necə hazırlanmalı? – RESEPT
20 Aprel 2020 - 4:05

ONN media moxitonun hazırlanmasını təqdim edir.

Tərkibi (1 nəfərlik):

3 ç.q. qəhvəyi şəkər
laym
nanə
50 ml rom
150-200 ml qazlı su
buz

Hazırlanması:

Qəhvəyi şəkərin əvəzinə ağ şəkər tozu, laym əvəzinə limon istifadə edə bilərsiniz (amma o zaman dadı tamamilə fərqlənəcək).
Rom əlavə etməmək də olar, o zaman alkoqolsuz moxito alınacaq.

Laymı iki yerə, bunun bir hissəsini isə daha iki və ya üç yerə bölün. Badənin içinə şəkər tozunu tökün. Laymın suyunu badəyə sıxın. Qabıqlarını da badənin içinə qoyun. Nanə əlavə edin. Qarışdırın, nanə yarpaqlarını azca əzin. Badənin 1/3-i qədər buz doldurun. Rom əlavə edin. Üzərinə qazlı su əlavə edin. bir dilim laym və nanə ilə bəzəyin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png