ONN media

Sovet kulinarlarının sirri: BANKADA öz suyunda TOYUQ

Sovet kulinarlarının sirri: BANKADA öz suyunda TOYUQ
09 Fevral 2018 - 14:06

ONN media sizlərə dadlı yemək reseptini təqdim edir.

Ərzaqlar:

Toyuq bütün hissələrindən ola bilər – 1,5 kq.

Sarımsaq – 4 diş

Dəfnə – 2 yarpaq

Duz, istiot

Keşniş toxumu – yarım çay qaşığı

 

Hazırlanması:

Toyuq hissələrə bölünür, elə ölçüdə ki, 2 litrlik bankanın ağzından keçsin. Duz, istiot, keşniş toxumu səpilir. Toyuqları bankaya yığdıqca arasına doğranmış sarımsaq düzülür. Banka ağzına kimi dolmamalıdır, çünki toyuğun şirəsi çıxacaq. Üstdən dəfnə yarpağı qoyulur. Banka falqa ilə bir neçə dəfə bərk sarınıb sıxılır. O isidilmiş yox, soyuq sobaya qoyulur, sonra 180 dərəcəyə kimi isidilir və bu temperaturda 2 saat ərzində toyuq öz şirəsini buraxaraq, aramla bişəcək. Səbr edib gözləyəcəksiz. Deyirlər, belə bişən toyuğun ətri elə sobadan insanı valeh edir. Bu cür toyuğu düyü üstündə, qarnirlə, püre ilə də verə bilərsiz. Super dadı olur. Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png