"Hazırda yeni dünya düzəni formalaşır. Hər dövlətin bu düzəndə öz yerini tapması və əməkdaşlıq etməsi lazımdır. Çünki bu düzəndə bəzi dövlətlər geri qalacaq, bəziləri irəli gedəcəklər".
Bunu Oxu.Az-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin deyib.
O bildirib ki, ilk növbədə Yaxın Şərq yenidən konfiqurasiya ediləcək:
- Məsələn, bir müddətdən sonra əhali və ərazi baxımından kiçik olan ərəb dövlətləri, eləcə də digər kiçik dövlətlərin birləşməsi müzakirə mövzusu ola bilər. Həmçinin artıq Rusiya supergüc deyil. Mənə görə, bu gün iki supergüc var: ABŞ və Çin. Həm geosiyasi, həm də geoiqtisadi proseslər bunu deməyə əsas verir. Avropa İttifaqı isə bir çox mövzularda lazım olan proseslərə artıq müdaxilə edə bilmir. Həm ortaq ordusu yoxdur, həm də ABŞ əlini ittifaqın üzərindən çəkərsə, çətin duruma düşəcək. Çünki Aİ də, NATO da ABŞ olmadan mövcudluğunu qoruya bilməyəcək. Trampın da bundan sonra nə edəcəyi məlum deyil. Çünki "Birinci Amerika" şüarı ilə gözlənilməz siyasət nümayiş etdirir.
- Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaradıb. Yeni dünya düzənində Azərbaycanın, Türkiyənin və Türk Dövlətləri Təşkilatının yerini necə görürsünüz?
- Azərbaycanın, Türkiyənin və Türk Dövlətləri Təşkilatının yeni dünya düzənində rolu çox yaxşı ola bilər. Amma əvvəlcə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Ermənistan artıq revanşist addımlardan əl çəkməlidir, müharibə ilə heç nə əldə edə bilməyəcək. Davamlı sülh lazımdır ki, Cənubi Qafqazda sabitlik olsun, region əməkdaşlıq mühitinə çevrilsin. Çünki Ermənistan bu müharibə ilə çox şey itirdi. Mən xarici işlər naziri olanda Ermənistana bununla bağlı xəbərdarlıq etdim, iqtisadi inkişaf üçün kommunikasiyaların açılışı, boru xətlərinin çəkilişi ilə bağlı təkliflərimi irəli sürdüm, ancaq işğal və sülh olmaması buna mane oldu.
- Türkiyədə terroru məhv etmək üçün "İkinci həll yolu" adlandırılan proses başlayıb. PKK-nın qurucu lideri Abdullah Öcalan təşkilatın ləğvi ilə bağlı məktubunu oxudu. Bu prosesin sonunu necə görürsünüz? Terror təşkilatı ləğv ediləcək?
- Terror qırx ildir ki, Türkiyənin ən böyük problemidir. 1978-ci ildən etibarən terrorçular bizim əsgərlərimizə güllə atmağa başlayıblar. Çox böyük itkilərimiz oldu, ciddi problemlər yaşadıq.
Ona görə də bu problem həll edilməlidir və mən buna inanıram. Öcalan məktubu oxumamışdan əvvəl mən HDP-nin keçmiş sədri Selaheddin Demirtaşı həbsxanada ziyarət etdim. Ondan soruşdum ki, dağdakılar (terrorçular - red.) Öcalanı eşidib silahı yerə qoyacaqlar? O da "eşidəcəklər" deyə cavab verdi. Bu baxımdan, problemin həll ediləcəyinə inanırıq.



Brüssel: “Türkiyənin Avropa İttifaqına daxil olması real deyil”
Çavuşoğludan Qazaxıstan açıqlaması
Mnatsakanyan Lavrova zəng etdi - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
AB-dəki bəzi ağıllı dövlətlər... – Ərdoğan
Türkiyənin Suriyada məqsədi nədir?
Türkiyənin niyyəti nədir?
Kravçuk: Rusiya Ukraynanı belə məhv etmək istəyir
Rasim Quliyev: “Türk ittifaqı gələcəkdə dünyada sabitliyə töhfə verəcək bir güc mərkəzi olacaq”
Rusiyanı dayandırın! - Zelenskidən ŞOK AÇIQLAMA
Rusiya ilə Türkiyə arasında QARABAĞ GÖRÜŞÜ - Sabah hər şey...
Yeni qərardan sonra torpaq ucuzlaşacaq? - VACİB AÇIQLAMA
Şuşada mühüm iclas başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 