Şəkinin tarixi hissəsində əhalinin uçotu aparılır.
ONN media xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
"Şəki şəhərinin tarixi hissəsində yaşayan əhalinin sosial-iqtisadi və demoqrafik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qapı-qapı sorğu əsasında uçot işlərinə başlanılıb. Proses cari ilin aprel ayından etibarən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində həyata keçirilir. Uçot işləri qoruq ərazisində yaşayan sakinlərin real ehtiyaclarının və sosial mühitinin daha yaxşı öyrənilməsinə imkan yaradacaq", - deyə o qeyd edib.
Bundan başqa, direktor deyib ki, Şəkidə "İcma Mərkəzi" yaradılması planlaşdırılır: "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "İcma Mərkəzi"nin yaradılması nəzərdə tutulur. Qoruğun idarə edilməsində lokal icmanın rolu olduqca böyükdür. Yaradılacaq mərkəz yerli sakinlərin qoruq idarəçiliyinə daha fəal cəlb olunmasına xidmət edəcək. Bu mərkəz sakinlərin təklif və rəylərinin dinlənilməsi, həmçinin mədəni və sosial layihələrdə birgə iştirakın təmin olunması üçün mühüm platforma olacaq. İcma ilə sıx əməkdaşlıq qoruğun davamlı inkişafının əsas istiqamətlərindən biri hesab edilir".



İçərişəhərdə koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür
“İçərişəhər”in strukturu dəyişdi
Əli Əsədov qərar imzaladı
Baş nazirdən Şuşa ilə bağlı VACİB QƏRAR
Xarici diplomatlar Şəki və Zaqatalaya səfər etdi
Sabah “İçərişəhər”də bütün muzeylərə giriş pulsuz olacaq
Prezidentdən yüksək vəzifəyə təyinat
İçərişəhərdə reklam yerləşdirilməsi qaydası müəyyənləşdi
Turizm müəssisələrinə giriş ödənişsiz olacaq
Mayın 18-də bu muzeylər pulsuz olacaq
İçərişəhərlə bağlı yeni məhdudiyyət qoyuldu
Prezident sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 