ONN İnformasiya Agentliyi

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir
13 Sentyabr 2020 - 12:03

Ermənistan cənubi qafqazda əsas təhlükə mənbəyi missiyasını davam etdirir. Ermənistanın şovinist və separatçı rəhbərliyi Livanın paytaxtı Beyrutda baş verən partlayışdan zərərçəkən erməniləri Dağlıq Qarabağa köçürməkdədir. Hətta Ermənistan kütləvi informasiya vasitələrində bu qanunsuz köçürməni əks etdirən görüntülər də yayılıb. Millət vəkilləri hesab edirlər ki, Livandan olan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirilməsinin qarşısı dərhal alınmalıdır.

Ermənistan təxribatlarını ən müxtəlif istiqamətlərdə davam etdirir. Livandan erməni mənşəli ailələrin Dağlıq Qarabağa köçürülməsi təxribatın ən təhlükəli hissələrindən biridir. Ermənistanın ”Azadtutyun” radiosu bu günlərdə Livandan işğal altında olan Şuşaya köçürülən bir ailədən reportaj hazırlayıb.

Görüntülərdə bir erməni ailəsinin Şuşada ev, avtomobil və lazımi məişət əşyaları və ərzaq məhsulları ilə təmin olunduğu nümayiş olunur. Bu ailə Şuşada sığınacaq aldığına görə Ermənistan rəhbərliyinə təşəkkür edir.

Yayılan görüntülərdə özünü Qondarma Dağlıq Qarabağın rejiminin nümayəndəsi kimi təqdim edən şəxs isə Livandan erməni ailələrinin bundan sonra Qarabağa köçürüləcəyini açıqlayır.

Azərbaycanın Millət vəkilləri isə Ermənistanın bu addımının cavabsız qalmayacağını bildirirlər.

Millət vəkili Elşad Mirbəşir hesab edir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Buna görə də beynəlxalq təşkilatlar Ermənistanın indiyədək olan və son təxribatlarına susmamalı və işğalçı dövlətlə onun layiq olduğu dildə danışmalıdır.

Politoloq Elçin Əhmədov isə son hadisələrin Ermənistanın münaqişənin dinc yolla həllini dəstəkləmədiyini bir daha sübut etdiyini deyir.

Ekspertlər bildirir ki,Ermənistan bir neçə livan ailəsini işğal altında olan ərazilərə köçürməklə həm özü, həmdə o ailələr böyük problemlərlə üzləşəcək. İşğalçı ölkə Aprel döyüşlərini və son Tovuz hadisələrini unutmamalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png