ONN İnformasiya Agentliyi

Yevlaxın 5 kəndi işıqsız qaldı

Yevlaxın 5 kəndi işıqsız qaldı
10 Sentyabr 2023 - 12:19

Qeyri-sabit hava şəraiti nəticəsində Yevlax rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yevlax Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, sentyabrın 10-da saat 03:55 radələrində ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

“Yevlax Elektrik Şəbəkə”nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png