ONN İnformasiya Agentliyi

Əhaliyə maraqlı XƏBƏRDARLIQ- Duş qəbul edərkən…

Əhaliyə maraqlı XƏBƏRDARLIQ- Duş qəbul edərkən…
02 Sentyabr 2022 - 12:06

ABŞ-ın Missisipi ştatında su böhranı davam edərkən, səlahiyyətlilərin əhaliyə “heç bir mikrob almamaq üçün duş qəbul edərkən ağızlarını bağlamaq” barədə xəbərdarlıq etdiyi bildirilir.
ONN media xəbər verir ki, CNN-in bölgədən topladığı məlumata görə, Missisipinin paytaxtı Ceksonda su təmizləyici qurğulardakı nasazlıq nəticəsində bir çox bölgəyə suyun verilə bilmədiyi qeyd olunub.

Fasilə olmayan yerdə kranlardan axan su qəhvəyi rəngə çevrilir, camaat suyu qaynadıb istifadə edirdi.

Missisipi Səhiyyə İdarəsinin direktoru Cim Kreyq yerli sakinlərə “vanna qəbul etmək təhlükəsizdir, lakin duşda ağzınızı açmadığınızdan əmin olun” deyib. O, həmçinin vurğulayıb ki, “ev heyvanları krandan su içməməlidir”.

Missisipi qubernatoru Tate Reeves, Ceksondakı su obyektlərində suyun pH dəyərini ölçən mexanizmdəki nasazlığı aradan qaldıracağını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png