Ayaqların zərifliyini vurğulayan və maksimum ön plana çıxaran yarıqlı yubkalar yayın ən romantik trendidir. ONN media xəbər verir ki, bütün qışı ayaqlarını kobud çəkmə və qalın cinslərdə gizlədən xanımlar romantik tendensiyanın sayəsində bu mövsüm ayaqların gözəllyini nümayiş etdirə bilər. Ötən əsrin ortalarından etibarən ictimai əxlaq normaları daha az acımasız olmağa başladı, beləliklə dizaynerlər qapalı uzun yubkalarda yarıq açaraq onları dəbə gətirməyə başladı. Onda mini yubka inqilabına çox qalmışdı, ancaq qadınlar küləyin istənilən zərbəsi ilə açılan və dizləri göstərən yarıqlı yubka geyinmək imkanına sahib olmuşdu. 2019-un yaz-yay kolleksiyalarında bir çox dizaynerin yarıqlı yubka modelinə müraciət etməsilə onlar yenidən aktuallaşdı. Belə yubkaları ağ-qara maykalarla, qısaqol köynəklərlə, toplarla, kombinasiyasayağı ipək bluzlarla, daha sərin havalarda isə nazik trikotajlarla geyinməyi məsləhət görürük. Yüngül materialdan hazırlanan yubkaların zərifliyi və oynaqlığı sadəcə sizi deyil, ətrafdakıların da əhval-ruhiyyəsinə müsbət təsir edəcək. Dəb mütəxəssisləri istənilən zövqə xitab edən modellər təklif edir: güllü, zolaqlı, dama-dama və xallı. Belə yubkaları getdiyiniz yerdən asılı olaraq həm idman, həm də klassik ayaqqabılarla tamamlamaq olar. Onların həm düyməli, həm də volanlı və beli kəmərli versiyaları eyni dərəcədə aktualdır.(Publika)
Yay qarderobunun romantik trendi - FOTOLAR



Yay qarderobunun romantik trendi
İrina Şeyk elə paltar geyindi ki... - FOTO
Yaz fəslinin inanılmaz dəbi
Baharın ən incə trendləri
Qısa boylu xanımlar, geyinərkən BUNLARA DİQQƏT EDİN
Dünya şöhrətli dizaynerdən dəbli görünməyin 5 SİRRİ
Bu yay çəhrayı çalarlarında ayaqqabılar geyinin
Mövsümün ən dəbli üst geyimləri hansılardır?
Yayın romantik DƏBİ
Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilabi qərar
Payızın 4 trend rəngi
Bu il plastik aksesuar dəbi geri döndü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 