Boş geyimlərdən bezənlərə xoş xəbər var, hiperhəcmli geyimlər tədricən tamamilə fərqli, uzun və dar siluetlərlə əvəz olunur. Odur ki, yaz-yay aylarında qızların əynində güllü sarafanlardan daha çox, dar libaslar görəcəyik.
ONN media xəbər verir ki, 90-cı illərin trendi yenidən dəbə minib.
Tədricən dizaynerlərin kolleksiyalarında həcmli siluetlər öz yerini 90-cı illərin dar geyimlərinə verib. Onları demək olar ki, bütün cari yaz-yay kolleksiyalarında tapmaq olar. Sütun adlanan bu tendensiyaya diqqət yetirməyə dəyər. Lakin bir neçə qaydaya əməl etmək tövsiyə olunur.
Birincisi, darlıq bədənə uyğun olmalıdır, beldə, ombada bir az əlavə həcmə malik ola və ya bir qədər aşağıya doğru genişlənə bilər.
İkincisi, uzunluğu ayaq biləyindən qısa olmalı deyil.
Üçüncüsü, mümkün qədər qapalı olmalıdır: kəsiklər və ya boyun dekoltesi olmamalıdır.
Qalanı fantaziya və yaradıcılıq azadlığıdır.
Dizaynerlər bu modelin həm uzun qollu, həm də qolsuz variantlarını təqdim ediblər. Rəng çeşidi isə müxtəlifdir, sütun libaslar hər hansı bir çalar ola bilər - burada dizaynerlər sonsuz rəng palitrası təqdim edirlər. Bu siluetin bir çox üstünlükləri var, amma əsas üstünlüyü budur ki, düzgün ayaqqabı ilə uyğunlaşdırsanız, bədən quruluşunu vizual olaraq "uzadıb" daha zərif göstərəcək. Və belə bir xoş "təsirdən" kim imtina edər ki?



Baharın ən incə trendləri
Baharın əsas trendi bu saçlardır
Yay qarderobunun romantik trendi
Yay qarderobunun romantik trendi - FOTOLAR
Bu saç stili yenidən dəbdə
Yaz-yay aylarının əsas naxış dəbi
Köhnəlmiş çantalar yenidən dəbdə
Yumurtaları belə bişirsəniz, uzun müddət qalacaq
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Gündə nə qədər şəkər yeyə bilərik?
Axşamlar niyə kartof yemək olmaz?
Kirpiklərə tuşun düzgün çəkilməsinin əsas qaydaları
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 