Quru, saman kimi, cansız və qırılan saçlar bu gün çox insanı narahat edir. Nə şampun, nə maska, nə balzamlar kömək etmir. Siz buna sadəcə saçların vəziyyəti, materialı kimi baxırsız. Amma əslində dərində səbəblər var. ONN media medicina.az-a istinadən saçların qurumasın, qırılmasına səbəb olar orqanizmdəki problemləri təqdim edir. Bu xəstəliklərdən şübhələnə bilərsiniz. Saçlar və su Saçlar üzdən hansısa balzam, nəmləndirici, yuyulma ilə suyu özünə çəkmir, o suyu köklərindən alır, daha doğrusu piy vəzilərindən. Bir sutka ərzində baş dərisində olan vəzilər 50 qr dəri piyi ifraz edir. Bu piy dərinin üst səthində əmələ gələrək, çıxan və uzanan saçların su-lipid mantiyasını əhatə edərək, onu UBV şüalardan, ətraf mühit təsirindən qoruyur, əmələ gələn ölü hüceyrələrdən təmizləyir, saçlara yumşaqlıq, parıltı verir, bir sözlə qurumağa qoymur. Bu piyli maddənin tərkibində su, xolesterin, yağ turşuları, vitaminlər, mum və s. vardır. Məhz piy vəzilərinin hasil etdiyi bu zəngin qoruyucu maddə pozulduqda, az olduqda saçlar quruyur. Bu isə insanın qidası, işi, həyat tərzi, sağlıq durumundan asılıdır. Hər bir saç tükü kutikula ilə örtülüb. O da şəffaf keratindən ibarət olub, saçı qurumaqdan qoruyur. Saç qurumasının səbəbləri Əgər piy vəziləri müdafiə elementi olan sebumini az hasil edirsə, zəifdirsə, saçlar quru, solğun, cansız olacaq. Bu yaşlanma ilə əlaqədar ola bilər. Uşaq saçı ilə 30 yaşlı insanın saçı bir deyil. Dəridə piy ifrazı nə qədər azdırsa, baş dərisində quruma sahələri bir o qədər çox olur, kəpək, qaşınma, quruma başlayır. İkinci səbəb kutikulun zədələnməsidir. Bu saçların suyu özündə saxlamasını pozur. İnsan özü səbəbkardır: Çox zaman insan özü zərərli davranışı ilə bu maddələri pozur. Məsələn tez-tez saçları uyğun olmayan kobud, qatı, kimyəvi şampun, sabunla yumaq, saçlara kimyəvi qatqılı sprey, lak, jele, krem vurmaq,saçları rəngsizləşdirmək, burmaq, isti fen,rənglər və s.
Eləcə də peşə ilə əlaqədar küləkdə, quru havada, gün altında olmaq, göldə, dənizdə çox çimmək, xlorlu su, kimyəvi maddələr çox olan sahələrdə çalışmaq insanın saçlarını korlaya bilər. Qadınlarda hormonal səbəb 45 yaşdan sonra saçlar menopouza, klimaks, hamilələrdə hormonal dəyişiklik, doğuşdan sonra, hormonal pozuntular. zob xəstəlikləri, hormonal dərmanlar qəbul etdikdə də saçlar quruyur, tökülür. Xəstəliklər Sinir anoreksiyası, doymuş turşu və zülal defisiti, vegeterianlıq, orqanizmin susuzlaşması, hipotoniya, qalxanvari vəzin hipoteriozu, Haşimoto, dəmir defisitli anemiya zamanı da saç follikulları ölür, saçlar qidalanmır, müdafiə maddələri azalır. Mədə-bağırsaq xəstəlikləri - lazımlı mikro makro elementlərin pozulması, ferment çatışmazlığı zamanı saçlar quruyur Bir sıra genetic xəstəliklər - Menkes sindromu, Neterton sindromu və s. Əgər saçlarınız çox qurudursa, yuxarıdakı səbəblərdən sizə aid olanını azaldın, qida və su, vitamin qəbuluna diqqət ayırın. Bir müddət saçlara istirahət edin, rəng, fen, kimyəvi müdaxilə və s. Ən azı 3 ay. Saç kökləri, baş dibi, follikulların vəziyyətini öyrənmək üçün trixoloqa müraciət edin. Daha sonra isə endokrinoloqa müraciət edərək, qalxanvari vəz və hormonları yoxladınQupquru, saman saçlar – Hansı xəstəlikdən xəbər verir?



Sağlam və parlaq saçlar üçün mükəmməl MASKA
Gec uzanan saçlar üçün maska
Saçları fenləmək ziyandır?
Yapon qadınlarının gözəl saçlarının sirrləri
Baxımlı saçlara necə sahib olmaq olar?
Gözəl və qalın saçlar üçün İNANILMAZ maskalar
Saçlarınızı qısa zamanda belə uzadın
Saç problemləri üçün faydalı məsləhətlər
Bu bitki saçlarınızı daha sağlam edəcək
Saçların ağarmasının qarşısını almaq üçün bunu edin
Saçları bərpa edən MÖHTƏŞƏM MASKA
Botoks effekti almaq üçün mütləq oxuyun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 