Böyük Britaniyanın York universitetinin alimləri yuxu müddətinin yeni informasiyanın insan hafizəsinə həkk olunmasına hansı yolla təsir göstərdiyini müəyyənləşdirib.
ONN media xəbər verir ki, araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.
Yuxunun yeni yaddaşların formalaşması və hafizəyə həkk olunmasında mühüm rol oynaması artıq elm aləminə sirr deyil.
Britaniyalı tədqiqatçılar bu dəfə hafizənin inkişafının yuxu şpindelləri, yəni, elektroensefaloqramma aparatı vasitəsilə izlənilən beyin fəaliyyətinin dəyişkən partlayışları ilə qarşılıqlı əlaqəsini müəyyən etmək qərarına gəlib.
Alimlər insanın hafizəsini yuxuda olarkən transkranial elektrik stimulasiya yolu ilə gücləndirməyin mümkün olduğunu hesab edir.
Könüllülər üzərində aparılan eksperimentlər, alimlərin gəldikləri nəticənin doğru olduğunu isbat edib.Sınaqda iştirak edənlərin qulağına müxtəlif sifətlər (nitq hissəsi) və onlarla əlaqəli assosasiyalar səsləndirilib.
Daha sonra həmin sifətləri, onlar artıq yuxuda olarkən təkrarlayıblar. Elektroensefaloqramma göstərib ki, insanlarda dərhal həmin sifətlərlə əlaqəli olan asossasiyalar meydana gəlib. Beləcə yuxu şpindellərinin yadda saxlama bacarığı ilə bilavasitə əlaqəli olduğu təsdiqlənib.
Alimlər iddia edir ki, onların bu tapıntısı, təhsil alan şagird və tələbələrin hafizə ilə bağlı problemlərinin həllinə kömək olacaq.



Qəribə yuxu görməyin insana faydası nədir?
Duz hansı xəstəliyə yol açır?
Siqareti tərgitmək üçün böyük kəşf
Nənələr nə üçün nəvələrini övladlarından çox sevirlər? - ARAŞDIRMA
Bizimlə birgə "yeriyən" SAĞALMAZ XƏSTƏLİK: dizlərdə belə yerdəyişmə varsa...
Qocalmanı hansı faktor sürətləndirir?
Siqareti tərgitmək istəyənlər MÜTLƏQ OXUYUN
Kivinin inanılmaz faydaları
Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir
Yaddaşı dərmansız necə yaxşılaşdırmaq olar?
İmmuniteti gücləndirməyin ASAN YOLLARI
İdeal yuxu müddəti nə qədər olmalıdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 