Uşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur. Bu halların baş verməsinin bəzi səbəbləri isə xalq arasında “burun əti” kimi adlandırılan adenoiddir. Bəs adenoid problemi olarsa, bu, uşaqlarda hansı fəsadlara yol açır? Ümumiyyətlə, burun əti hansı səbəblərə görə yaranır?
ONN media Ailəm.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı suallara aydınlıq gətirən qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, adenoid burun-udlaqda yerləşən limfa toxumadır: “Burun əti daha çox uşaqlarda müşahidə olunur. Adətən 14 yaşına qədər sovrulub gedə bilər. Amma 34 yaşında burnunda ət olan şəxslərə də rast gəlirik”.
Həkim məlumat verdi ki, burun əti bir çox şikayətlərə səbəb olur. Adenoid problemi uşaqlarda davranış pozğunluğundan tutmuş, inkişafdan qalmaya qədər bir çox problemlərə gətirib çıxara bilər. Burun əti problemləri 6 aydan öncə nəzərə çarpmır, daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlərə səbəb olur: “Burun əti problemi uşağınızı və sizi çox narahat edə bilər. Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti genetik, allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər. Əsl vəzifəsi müdafiə olan burun əti bakterial təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlir və orqanizm üçün bakteriya mənbəyi halına çevrilir”.
C. İsmayılov burun ətinin yaratdığı fəsadlar barədə də məlumat verdi: “Bu problem uşaqlarda eşitmə itkisinə, xoruldamadan tutmuş, tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə uşaqlarda gecələri yerini islatma, yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün onlarda böyümə problemlərinə gətirib çıxara bilər. Üz skeletində dəyişikliklər yaradır. Burun ətinin böyüməsi xüsusilə qız uşaqlarında üst çənədə qalıcı dəyişikliyə səbəb olur. Həmçinin gözlərin çuxura düşməsi, göz altlarının qaralması da onun əlamətlərindən biridir”.
Həkim bildirir ki, adenoid uşaqlarda iştahsızlığa səbəb olur, məktəbdə fəallıqlarının azalmasına yol açır. Bununla yanaşı xroniki sinusit inkişaf edə bilər ki, bu da burun axıntısı, gecə öskürəkləri yaradır. Uşaq burunla nəfəs ala bilmədiyi üçün ağızla nəfəs alır və bu, orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb olur. Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər yaranır. Burun içi fiziologiyasını pozaraq, burun qanamalarına yol açır. Və ən əsası da gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar, bununla birgə davranış pozğunluqları meydana çıxa bilər. Problemdən çıxış yolu isə onun əməliyyatla aradan qaldırılmasıdır”.



Uşaqların burnu niyə qanayır? - İlkin müdaxiləni belə edin
Burun dolğusunun hansı fəsadları var?
Ramazanda burun spreyindən istifadə etmək olarmı? - ORUCU POZURMU?
Yaşlandıqca burnumuz niyə böyüyür?
Vaksin vurdurduqdan sonra COVID-ə yoluxduğunu göstərən 5 ƏLAMƏT
Burun damcılarının ölümcül təhlükəsi
Burun əməliyyatı 26 yaşlı qızı CANINDAN ETDİ- Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Soyuqdəymə zamanı edilən DÖRD SƏHV: uşaqlarda temperaturu...
Koronavirusun daha 4 simptomu aşkarlandı - SİYAHI
Burun damcılarının ÖLÜMCÜL TƏHLÜKƏSİ
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
Çində bir şəhər karantinə alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 