Bir çox kafe və restoranlarda müştərilər üçün nəzərdə tutulan endirimli setlər mövcuddur. Təklif olunan qida seçimini və içkilərin həcmini nəzərə aldıqda, qiymətlərin olduqca aşağı olması heyrət doğurur. Xüsusilə ətli xörəklərin keyfiyyətcə aşağı olması şübhəsi var. Buna görə də setdən istifadə etməyə bəziləri tərəddüd edir.
ONN media bildirir ki, mövzu ilə Yenisabah.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, ucuz setlərin demək olar ki, heç bir ziyanı yoxdur:
"COP29-la bağlı bir çox sahələrdə işlər müvəqqəti dayanıb və insanların çoxu istirahət üçün müxtəlif yerlərə gedib. Bu isə restoranların müştəri bazasına mənfi təsir göstərir. Restoranlar əllərində olan ətin və digər qida məhsullarının xarab olmasını əngəlləmək və tez satmaq üçün aşağı qiymətlərə müxtəlif setlər hazırlayır. Bundan həm müştərilər məmnun qalır, həm də restoran ərzaq bazasını yeniləyə bilir.
Onların pis ətdən istifadə etdiyini desək, insafsız olarıq. Artıq AQTA nəzarəti elə gücləndirib ki, ölkədə keyfiyyətsiz ət satanlar demək olar ki, yoxdur. Odur ki, ucuz set menyularının heç bir ziyanı yoxdur. Əksinə, faydası var ki, insanlar ailələri ilə birlikdə bu cür endirimlərdən istifadə edə bilir".
Ağa Salamov qeyd edib ki, hazırda restoranlar arasında güclü rəqabət var və endirimli setlərin təklif edilməsi də daha çox müştəri cəlbinə hesablanıb:
"Əlbəttə, elə yerlər var ki, oralarda pis ətlər satılır. Belə istisnalar var. Yenə deyirəm, əsas məsələ ətin keyfiyyətidir. Restoranlar əti AQTA-nın nəzarəti altında olan kəsim məntəqələrindən almalı və düzgün şərtlər altında saxlanmasına diqqət etməlidir. Bu zaman setin də heç bir problem yoxdur.
Hazırda ictimai-iaşə bazarında ciddi rəqabət var. Hər tin başında restoran yerləşir. Belə olduqda isə sahibkarlar müxtəlif marketinq üsullarına əl atır. Set menyular müştəri cəlb etmək baxımından olduqca effektivdir



Kafe və restoranlarda qiymətlər niyə bahalaşdı?
Bayram şouları niyə bu qədər bahadır?
Çəkilmiş ət alarkən necə aldanmayaq?
Vegeterianlar öz qida rasionlarına bunları daxil etməlidirlər
Azərbaycanda bu qida məhsulları təhlükəli hesab ediləcək
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Qida israfçılığına görə cərimə tətbiq edilə bilər
Kafe və restoranlar qarşısında yeni tələblər qoyulur
Ət bahalaşdı, restoranlar qiymətləri artırdı
Azərbaycanda restoran və kafelər belə işləyəcək - RƏSMİ
Toylarla bağlı yenilik nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 