Ramazan ayı boyunca uzun saatlar ac və susuz qaldığımız üçün orqanizm fərqli qidalanma rejiminə uyğunlaşır.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun məqaləsində deyilir.
Qeyd olunur ki, Ramazan bayramı və sonrakı günlərdə normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Bayram günlərində birdən-birə çox yemək və ağır qidalar qəbul etmək həzm problemlərinə gətirib çıxara bilər.
"Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Kiçik porsiyalarla, lakin tez-tez yemək həzm sistemini yükləmədən bədənin tədricən normallaşmasına kömək edir.
Qida rasionunda zülal (ət, balıq, yumurta), sağlam yağlar (zeytun yağı, qoz-fındıq) və kompleks karbohidratların (tam taxıllar, tərəvəzlər) olmasına diqqət etmək lazımdır. Qızardılmış, çox yağlı və şəkərli qidalar mədəyə pis təsir edə bilər. Onların əvəzinə sobada bişirilmiş yeməklərə üstünlük verin.
Bədənin su balansını qorumaq üçün gün ərzində kifayət qədər maye qəbul etmək lazımdır. Bağırsaq fəaliyyətini yaxşılaşdırmaq üçün meyvələr, tərəvəzlər və tam taxıllar kimi lifli qidalara üstünlük vermək vacibdir. Yeməkləri yavaş-yavaş çeynəmək və tələsmədən yemək həzm prosesini asanlaşdırır.
Həmçinin Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətə gətirmək üçün çox vacibdir. Bu, həzm prosesini yaxşılaşdırır, kökəlmə riskini azaldır, həm də yuxu rejimini qaydaya salır", - məqalədə vurğulanıb



Bayram günlərində necə qidalanmaq lazımdır?
Ramazanda düzgün qidalanmağın yolları
Yayda bu yeməklərdən uzaq durun
Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR
Ramazan bayramında necə qidalanmaq lazımdır?
Arıqlayarkən mütləq bunlara diqqət edin
16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin - SİYAHI
Novruzda necə qidalanmalı?
Koronavirus xəstələri üçün qidalanma ilə bağlı tövsiyələr
Həm suyu həm də ətinin inanılmaz faydası
Zob xəstəliyi zamanı hansı qidaları yemək lazımdır?
Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 