Alimlər immuniteti xərçəng hüceyrələrinə qarşı "öyrədən" yeni dərman hazırlayıb.
ONN media xəbər verir ki, bu barədə Ruhr Universitetinin (Boçum, Almaniya) mütəxəssislərinin "Journal of Medicinal Chemistry" (JMC) jurnalında dərc olunan tədqiqatında bildirilib.
Yeni preparat hüceyrənin içinə daxil olaraq endoplazmatik retikulumda güclü oksidləşdirici stress yaradır. Bu proses nəticəsində immunogen hüceyrə ölümü deyilən nadir mexanizm işə düşür. Bu zaman hüceyrə sadəcə məhv olmur, həm də immun sisteminə siqnal göndərərək xərçəng hüceyrələrinin bütün orqanizmdə, o cümlədən metastazlarda tanınıb məhv edilməsinə şərait yaradır.
Hazırda preparat laboratoriyada uşaqlıq boynu xərçəngi hüceyrə xətləri üzərində sınaqdan keçirilib. Növbəti mərhələdə alimlər dərmanı yalnız şiş toxumalarında aktivləşdirmək üçün hədəfli çatdırılma sistemi üzərində işləyirlər. Bunun üçün ultrasəs və ya işıq vasitəsilə birbaşa şiş nahiyəsində aktivasiya üsulları nəzərdən keçirilir.
Tədqiqatçılar bildirirlər ki, klinik sınaqlar uğurlu olsa, bu yanaşma xərçəng müalicəsində tamamilə yeni sinif preparatların yaranmasına səbəb ola bilər. Belə dərmanlar yalnız şişi məhv etməklə kifayətlənməyəcək, həm də xəstənin immunitetini xərçəng hüceyrələrini tanımağa və onlara hücum etməyə "öyrədəcək", bununla da təkrarlanma (rətsidiv) riskini azaldacaq.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, real insan orqanizmində şişlərin mühiti laboratoriya şəraitindən daha mürəkkəbdir və hədəfli çatdırılma, dərin toxumalarda təhlükəsiz aktivasiya və gözlənilən immun cavabın səmərəliliyi hələ sübuta ehtiyac duyur.
Alman alimlər xərçəngin dərmanını tapdı



Xərçəng hüceyrələrini məhv edən dərman sınaqdan keçirildi
İsrailli alimlər xərçəngin müalicəsini tapdı
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
Yaşıl çay cövhəri xərçəngin dərmanı imiş
Xərçəngi daxildən məhv etməyin üsulu tapıldı
Xərçəngə qəfil yaxalanmaqdan necə qorunmaq olar?
Bu bitki qocalmanın qarşısını alırmış
Qocalma prosesini ləngidən həb hazırlandı
Xərçəng yaradan ən çox yayılmış viruslar
Xərçəngin qarşısını almağın ən sadə yolu tapıldı
Alimlər koronavirus əleyhinə yeni vasitə tapdılar
Diş çıxaran gen kəşf edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 