Amerika Birləşmiş Ştatlarında (ABŞ) "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları (zəhərli bakteriya ilə baş verən ağır qida zəhərlənməsi) qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
AQTA-nın apardığı araşdırma nəticəsində sözügedən uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər.
AQTA mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırıb.
Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.
Bildirilib ki, 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası öldürür



AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Qardaşların ölümü ilə bağlı daha bir açıqlama
“Malyutka-2” qidalarına torpaq, qum, daş qatılır - Ekspertiza NƏTİCƏLƏRİ
AQTA bu məhsullarla bağlı xəbərdarlıq etdi
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Bu mallar artıq idxal olunmayacaq
Bakıda toyda 32 nəfər zəhərləndi
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
Yararsız uşaq qidalarını ölkəyə kim gətirir?
Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? - AQTA-dan açıqlama
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 