"Malyutka-2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ONN media -ya verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.
"Malyutka-2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.
Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.
Əlavə olaraq bildiririk ki, "Malyutka-2” əmtəə nişanlı uşaq qidaları ölkəyə "İDC 2000” MMC tərəfindən idxal edilir.
Digər qida məhsulları kimi "Malyutka-2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilib və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.
Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.
İstehlakçılardan oxşar hallarla qarşılaşdıqları zaman Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.



Yararsız uşaq qidalarını ölkəyə kim gətirir?
Bu dondurmalar insan sağlamlığı üçün zərərdir
Bu araqlardan alanların DİQQƏTİNƏ
Artıq bu limonadı içməyəcəksiniz
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Rusiyadan gətirilən toyuq məhsulları yararsız çıxdı
İrandan gətirilən xurma yararsız çıxdı
AQTA saxta yağlarla bağlı məlumat yaydı
İçməli su ilə bağlı vətəndaşlara müraciət
AQTA-dan saxta yağlarla bağlı XƏBƏRDARLIQ
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
Kinder yumurtadan virus tapılıb? - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 