Gündəlik qidalanmada səhər yeməyi xüsusi yer tutur və çox vacib hesab olunur. Səhər yeməyində kalsiumla və təbii probiotiklərlə zəngin olan ağartı məhsulları ön sıralarda yer alır. Bu məhsullar bağırsaq florasının sağlam qalmasına kömək edir və nəticədə immun sisteminin güclənməsində mühüm rol oynayır.
Bu sözləri açıqlamasında qida eksperti Ağa Salamov sağlam qidalanma barəsində danışarkən bildirib.
Onun sözlərinə görə, səhər yeməyində yumurta mütləq yer almalıdır:
“İmmun sistemi üçün faydalı olan yumurta zülal və faydalı yağlarla zəngindir. Tərkibindəki omega-3 orqanizm üçün vacib olan əvəzolunmaz yağ turşusu sayılır, xolin isə beyin fəaliyyətini gücləndirir, yaddaş və diqqəti artırır. Səhər saatlarında yumurta yemək uşaqlarda zehin açıqlığı, böyüklərdə isə iş və beyin fəaliyyətini dəstəkləyir.
Sonra yulaf əzməsi, manna sıyığı, qarabaşaq sıyığı - bunlar hamısı orqanizm üçün faydalı karbohidratdır. Səhər saatlarında şirin çaya ehtiyac yoxdur, onun əvəzinə 1 qaşıq bal daha faydalı seçim ola bilər. Çərəzlər, xüsusilə kişmiş, çayla birlikdə yeyilə bilər. Həmçinin zeytun və zeytun yağı ilə hazırlanmış salatlar da çox faydalıdır və ürək-damar sağlamlığını dəstəkləyir”.
Ekspert bildirib ki, günorta yeməyində ət, balıq və toyuq kimi qidalar həftəlik rasiona uyğun şəkildə növbəli olaraq qəbul edilməlidir:
“Onları həftədə ən azı 1 dəfə yemək tövsiyə olunur. Bu qidalar B12 vitamini (xüsusilə qırmızı ət), omega-3 (balıq), sink, maqnezium və yüksək keyfiyyətli zülal kimi vacib maddələrlə zəngindir.
Bunlarla yanaşı, faydalı karbohidratlara da yer verilməlidir. Kartof fri kimi qızartmalardan uzaq durmaq daha sağlam seçimdir. Qızartmaların əvəzinə pörtlətmə, blanş və buxarda bişirmə üsulları daha faydalı hesab olunur.
Bu üsullarla gülkələm, brokoli, kök, kartof və digər tərəvəzlər daha sağlam şəkildə istehlak edilə bilər. Düyü və qarabaşaq kimi dənli bitkilərin istifadəsi də faydalıdır. Xüsusilə qarabaşaq qan dövranını dəstəkləyir və dietik qida kimi qəbul edilir. Buna görə sağlam qidalanma rasionunda önəmli yer tutur”.
A.Salamov qeyd edib ki, axşam yeməyi yüngül olmalıdır, əsasən balıq və toyuq kimi zülallara üstünlük verilməlidir:
“Qırmızı ət axşam saatlarında məsləhət görülmür, çünki həzmi uzun çəkir və yatarkən ağırlıq yarada bilər. Ağır zülallar daha çox günorta qəbul edilməlidir. Ət yeyildikdə yanında mütləq lifli qidalar, göyərtilər olmalıdır ki, həzmə kömək etsin. Xüsusilə brokoli ətin həzm prosesinə dəstək verə bilər. Axşam və günorta mövsümi tərəvəzlər, salatlar və meyvələr də istifadə oluna bilər. İçki olaraq saf su əsasdır, həmçinin yaşıl çay və nanə, kəklikotu kimi dağ otlarından hazırlanmış çaylar digər çaylardan daha faydalıdır”.



Övladınızın zehnini açacaq - 10 QİDA
Bu qidalar kalsiumla daha ZƏNGİNDİR
Səhər yeməyinin faydaları nələrdir?
Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
Gündə neçə ədəd yumurta yemək olar?
Gündə neçə yumurta yemək olar?
Gənc dərinin və sağlam saçların SİRRİ
İmmunitet sistemini gücləndirən qidalar
Gündə neçə yumurta yemək olar?
Nə üçün axşam yumurta yemək olmaz?
Səhər yeməyini mütləq yeyin - FAYDALARI
Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 