"Səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver" atalar sözünü hamımız eşitmişik. Bəs hamımız ona əməl edirikmi? Çoxları səhər yuxudan duranda yemək yemədən evdən çıxır. Bunu ya iştahanın olmaması, ya da vaxt azlığı ilə əlaqələndirirlər. Ancaq mütəxəssislər səhər yeməyinin insan sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Bəs səhər yeməyinin sağlamlığa faydaları hansılardır? E-tibb.az bildirir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Çünki insan ac qaldıqda qanda şəkərin səviyyəsi enir və bu da əsəbilik yaradır.
Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına kömək edir. Belə ki, insan yatanda maddələr mübadiləsi də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır. Bundan başqa, aclıq zamanı orqanizmin müdafiə reaksiyası işə düşür və bədən ehtiyatda saxlamaq üçün daha çox kalori qəbul etməyə çalışır. Üstəlik, səhər yeməyi yeməyən şəxs nahar zamanı lazım olandan daha çox yeyəcək ki, bu da bədən çəkisinə mənfi təsir edəcək. Mütəxəssislər hesab edir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı yaxşılaşdırır. Araşdırmalar səhər yeməyinin infarkt və ürək xəstəlikləri riskini azaltdığını ortaya qoyub. Belə ki, səhər yeməyindən imtina qan təzyiqinin və qandakı şəkərin səviyyəsini pozur, bu isə infarkt riskini artırır. Bəs səhərlər hansı qidalar yeyilməlidir? Səhər yuxudan oyanan zaman, ilk növbədə, bir stəkan ilıq su içmək lazımdır. Daha yaxşısı isə bir stəkan ilıq suya yarım limonun şirəsini sıxıb içməkdir. Bu, orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək. Çoxu səhər bir fincan qəhvə, ya da çay içib, evdən çıxır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal insanlarda mədənin selikli qişası qıcıqlanır və müəyyən müddət sonra qastritin inkişafına səbəb olur. Dietoloqlar sıyığı ən yaxşı səhər yeməyi hesab edirlər. Dənli bitkilərin tərkibində faydalı karbohidratlar, E vitamini və B qrupu vitaminlər var. E vitamini qocalma prosesini ləngidir, B qrupu vitaminlər isə sinir sisteminin işini yaxşılaşdırır. Bundan başqa, sıyıq orqanizmdən şlakları çıxarır, gün ərzində yeyilən məhsulların piylərini həzm etməyə kömək edir. Sıyıq yeyən şəxslərdə qəbizlik ehtimalı da minimum olur. Səhər yeməyinin tərkibində yağ, protein və karbohidrat olmalıdır. Hər səhər yeməyində mütləq yumurta yemək lazımdır. Yumurtanın tərkibindəki kalsium, kalium, maqnezium, sink, zülal, minerallar immunitetin yüksəlməsinə kömək edir. Süd məhsullarını da süfrədən əskik etmək olmaz. Günün əvvəlində orqanizmin qəbul etdiyi bir stəkan süd və ya 200 qram kəsmik onu A və B qrup vitaminləri ilə təmin edəcək. Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, nə olursa-olsun səhər yemək yemədən evdən çıxmayın.Səhər yeməyini mütləq yeyin - FAYDALARI



Səhər yeməyini niyə mütləq yeməliyik?
Səhər yeməyinin faydaları nələrdir?
Arıqlamağa kömək edən menyu
Məşhur həkim bütün iddiaları RƏDD ETDİ: “Səhər yeməyi qadağan edilməlidir”
Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR
Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI
Səhər yeməyi yeməyən insanların nəzərinə!
Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
Səhər yeməyindən imtina hansı xəstəliklərə səbəbdir?
Səhər nə yesək faydalı olar?
Səhər yeməyi niyə vacibdir?
Kalorisi az olan səhər yeməyinin faydaları
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 