Səhər yeməyi günün ən vacib qidası hesab edilir. Səhər qəbul olunan qida bədənə enerji verir, gün ərzində özünü gümrah hiss etməyə kömək olur. Mütəxəssislərin fikrincə yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi yeyilməlidir, çünki gecə boyu 10-12 saat ac qalan orqanizmin ayılandan sonra qidaya tələbatı artır. ONN media xəbər verir ki, ilk növbədə, qidalanmadan əvvəl bədən çəkisindən asılı olaraq təxminən 200-400 milliqram su içilməlidir. Səhər yeməyindən 1-2 saat sonra isə meyvə yemək çox faydalıdır. Çünki meyvənin həmin vaxt yeyilməsi orqanizmin vitaminə olan tələbatını ödəyir. Səhər açılan süfrə müxtəlif qidalarla bol çeşidli, tərkibi protein, karbohidrat və vitaminlərlə zəngin olmalıdır. Səhər yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər də tövsiyə edilir. Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırmaqla yanaşı, diqqəti toplamaq və eşitdiklərini yadda saxlamağa kömək edir, ürəyin fəaliyyətinə müsbət təsir göstərir, aclıq hissinin qarşısını alır. Araşdırmalar nəticəsində müəyyən edilib ki, səhər yeməyi şəkər xəstəliyinə tutulmaq riskini aşağı salır.
Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR



Səhər yeməyinin faydaları nələrdir?
Səhər yeməyini mütləq yeyin - FAYDALARI
Səhər yeməyini niyə mütləq yeməliyik?
Arıqlamağa kömək edən menyu
Kalorisi az olan səhər yeməyinin faydaları
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Alimlərin fikri
Səhər nə yesək faydalı olar?
Səhər yeməyi yeməyən insanların nəzərinə!
Şəkər xəstələri bu yazını mütləq oxuyun
Bütün restoranlarda təklif edilən səhər yeməyi: onlardan qaçın
Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
Axşamlar niyə kartof yemək olmaz?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 