Güclü və ya uzunmüddətli stress görmə funksiyalarına mənfi təsir göstərə və bəzi hallarda ciddi görmə problemlərinə səbəb ola bilər.
Tam və geri dönməz korluq yalnız emosional gərginlik nəticəsində yaranmasa da, stress orqanizmdə baş verən reaksiyalar vasitəsilə görməyə təsir edə bilir.
Qeyd olunur ki, stress zamanı orqanizmdə kortizol hormonunun səviyyəsinin artması göz damarlarının fəaliyyətinə təsir edir. Bu isə bəzi hallarda torlu qişa altında maye toplanmasına, görüntünün bulanıqlaşmasına, görmə sahəsində ləkələrin yaranmasına və əşyaların təhrif olunmuş şəkildə görünməsinə səbəb ola bilər. Belə hallar xüsusilə yüksək stress və narahatlıq yaşayan insanlarda daha çox müşahidə edilir.
Bundan əlavə, uzunmüddətli əsəb gərginliyi "quru göz" sindromunu və göz qapaqlarında qeyri-iradi spazmları da yarada bilər. Stress zamanı insanın göz qırpma tezliyi azalır, göz yaşı təbəqəsinin tərkibi dəyişir və nəticədə gözlərdə quruluq, yanma və yorğunluq hissi meydana çıxır.
Mütəxəssislər bildirirlər ki, davamlı gərginlik bəzi insanlarda "yalançı yaxıngörmə" kimi tanınan akkomodasiya spazmına da səbəb ola bilər. Bu problem xüsusilə imtahan dövründə olan tələbələrdə və uzun müddət kompüter qarşısında çalışan ofis əməkdaşlarında daha çox rast gəlinir.
Bəzi hallarda isə ağır psixoloji travmalar fonunda "psixogen görmə itkisi" deyilən vəziyyət yarana bilər. Bu zaman insan görmə qabiliyyətini itirdiyini hiss etsə də, gözlərdə və beyində hər hansı fiziki zədələnmə aşkarlanmır. Mütəxəssislər qeyd edirlər ki, belə hallar adətən geri dönəndir və psixoloji dəstək tələb edir.
Həkimlər vurğulayırlar ki, stress birbaşa gözü zədələmir, lakin göz və beyin arasındakı əlaqənin fəaliyyətinə təsir göstərərək mövcud problemləri daha da ağırlaşdıra bilər. Bu səbəbdən görmədə qəfil zəifləmə və ya dəyişiklik hiss olunduqda vaxt itirmədən mütəxəssisə müraciət etmək tövsiyə olunur.



Stressin yaratdığı xəstəliklər bunlardır
Gündəlik stress ölüm riskini 5 dəfə artırır
ANTİ-STRESS məhsullar hansılardır? - SİYAHI
Bu problemi yaşamamaq üçün nə etməliyik?
Türkiyədə zəlzələdən sonra bu xəstəlik yarandı
Streslə necə mübarizə aparaq?
Bu yay "klimatik stress" olacaq
Niyə səhərlər pis əhvalla oyanırıq?
İsti hava ilə bağlı xəbərdarlıq
Bunlar stress yaradır - SİYAHI
Stress və depressiyanı müalicə ədən ən yaxşı üsul
Stress zamanı bunları edin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 