Mütəxəssislər uzun müddət gənc və sağlam görünüşünü qorumaq istəyənlərə qidalanma vərdişlərinə diqqət yetirməyi tövsiyə edirlər.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalara görə, gündəlik rasionda tez-tez yer alan bəzi məhsullar dərinin elastikliyini azaldır, hüceyrələrin yenilənməsini ləngidir və qocalma prosesini sürətləndirir.
Xüsusilə kolbasa, bekon, şirin xəmir məmulatları, hazır dondurulmuş yeməklər, enerji içkiləri, kartof çipsləri, qızardılmış ət və yağlı fast food məhsulları riskli qidalar sırasında göstərilir.
Mütəxəssislər bildirirlər ki, bu məhsulların tərkibindəki yüksək miqdarda şəkər, duz, trans yağlar və müxtəlif konservantlar orqanizmdə iltihabi prosesləri artıraraq dəriyə mənfi təsir göstərir.
Qarğıdalı siropu, marqarin, konfet və spirtli içkilərin də kollagen və elastin liflərinə zərər verə biləcəyi qeyd olunur. Bu isə qırışların daha erkən yaşlarda yaranmasına və dərinin möhkəmliyini itirməsinə səbəb olur.
Həkimlər sağlam qocalma üçün balanslaşdırılmış qidalanma, kifayət qədər su qəbulu, meyvə-tərəvəzlə zəngin rasion və emal olunmuş məhsulların minimuma endirilməsini tövsiyə edirlər.
Onların fikrincə, düzgün qidalanma yalnız görünüşə deyil, ümumi sağlamlığa da müsbət təsir göstərən əsas amillərdən biridir.



İmtahandan öncə zehni POZAN QİDALAR NƏLƏRDİR?
Bu qidalar insanları qocaldır
Qocalmanı tezləşdirən qidalar
Qocalmanı sürətləndirən 5 MƏHSULU tanıyın!
Xərçəngə səbəb olan 4 növ məhsul
Bağırsaqlar üçün ən ziyanlı və ən faydalı QİDALAR
Dərini gözəlləşdirən qidalar
30 yaşdan sonra dəriyə qulluq qaydaları
Yayda hansı qidalardan uzaq durmaq lazımdır? – Mütəxəssislərdən tövsiyələr
4 gündə beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR
30 yaşdan sonra əsla bu qidalardan İSTİFADƏ ETMƏYİN, YOXSA...
Ürək üçün ən ziyanlı QİDALAR bunlardır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 