Havalar istiləşdikcə istirahət üçün dənizə üz tutanlar çoxalır. Lakin mavi suların qoynu və onun qumlu sahilləri təkcə istirahət həvəskarlarının deyil, sağlamlığına biganə qalmayanların da sevimli məkanıdır.
Dəniz təkcə havası, qızmar günəşi və isti qumu ilə deyil, həm də suyunun müalicəvi təsiri ilə çimərliyə üz tutanlara xoş duyğular bəxş edir. Su səsi ürəyin ritmini sakitləşdirir, beyni dincəldir və belə olanda orqanizmdə oksigenə tələbat artdığından dərindən nəfəs almaq ehtiyacı yaranır.
ONN media bildirir ki, dəniz sahilində təmiz hava zehnin və bədənin gəncləşməsinə səbəb olur. Dəniz suyunun tərkibində insan orqanizmi üçün faydalı olan maddələr var. Dermatoloqların fikrincə, dəri sağlamdırsa və patoloji problem yoxdursa, dəniz suyu heç bir problem yarada bilməz və suda olan yod, duz və minerallar dəriyə müsbət təsir göstərir. Dəniz suyu dəridən toksinlərin xaric edilməsinə və ölü hüceyrələrin təmizlənməsinə də kömək edir. Tərkibindəki minerallar orqanizmi möhkəmləndirir. Bununla yanaşı, onun ən faydalı cəhətlərindən biri də səpgili dəriyə göstərdiyi sağlamlaşdırıcı təsirdir.
Hər dəfə dəniz suyuna girmək orqanizmin enerjisini artırır. Eyni zamanda, dəniz sahilindəki hava qan və toxumaların təmizlənməsinə kömək edən neqativ ionlarla zəngindir. Dənizdəki dalğa axıntısı və dalğaların ritmik rəqsi masaj kimi faydalı təsir göstərir. Dəniz suyu ayaq qoxusu və tər qoxusunun qarşısını alır. Ağızda olan yaraların tez sağalmasına kömək edir. Dəniz suyunda olan yod immuniteti gücləndirir.
Lakin normalara cavab verməyən dəniz suyu insan orqanizminə mənfi təsir edə bilər. Dəridə patologiyalar olanda çirklənmiş dəniz suyunun problemlər yaratması mümkündür, yəni, dəridə müxtəlif yara və dermatozlar əmələ gətirir.



Dəniz suyunun sağlamlaşdırıcı təsiri
Dəniz qumu üzərində gəzməyin faydası
Gənc qalmaq istəyənlərin NƏZƏRİNƏ
Dəniz suyunun müalicə etdiyi 8 xəstəlik
Çimərlik mövsümü başladı, ancaq... - Foto
Bu çimərliklərin suyu çirklidir - NƏTİCƏ AÇIQLANDI
Dəniz suyunun temperaturu açıqlandı
Bu çimərliklər bağlana bilər
Çimərliklərdə monitorinqlərin nəticələri açıqlandı- VƏZİYYƏT NECƏDİR?
Niyə dəfn mərasimlərində gül suyundan istifadə olunur?
Xeyrini bilsək də, ziyanını bilmirik - Dəniz qumu ilə bağlı ARAŞDIRMA
Dəniz suyunun temperaturu açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 