İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 28, 29 və 30 iyun tarixləri ərzində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.
ONN media xəbər verir ki, bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edirlər.
Məsələ ilə bağlı “Trend”ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.
O qeyd edib ki, şəriətdə buna icazə yoxdur.
“Gərək qurbanlıq heyvan mütləq kəsilsin və əti bölünsün. Qurban ətinin əvəzinə pul və ya ərzaq alıb vermək olmaz. Niyə belədir? Çünki elə ailələr var ki, ət almaq imkanı azdır və onlar nəzərə alınmalıdır. Qurban əti birinci növbədə həmin ailələrə verilməlidir. Əgər pul şəklində verilsə, insanlar bu pulu başqa işlərə xərcləyə bilərlər. Ona görə də dinimiz deyir ki, qurban mütləq kəsilib paylanmalıdır”, - deyə o qeyd edib.
F.Nurullayev vurğulayıb ki, qurbanı kəsən ailə onun hamısını özünə götürə bilməz.
“Qurban kəsmək məcburi deyil, müstəhəbdir. Yəni imkanı olan ailə başçısı qurbanı kəsməlidir. Həcc ziyarətində olanlar üçün qurban kəsmək vacibdir, ancaq həcdə olmayanlar üçün vacib olmasa da, təkid olunur, yəni savab bir işdir, dinimiz tələb edir ki, imkanın varsa, qurban kəs. İmkanı olan ailə başçısı qurban kəsməlidir və onun yalnız üçdəbirini öz ailəsinə sərf edə bilər.Qurban mütləq üç hissəyə bölünməlidir, onun iki hissəsi mütləq imkansız ailələrə paylanmalıdır. Misal üçün, qurbanlıq ət 15 kiloqramdırsa, onun 10 kilosunu mütləq paylamalıdır.
Qurbanlığı bölən zaman bir hala da fikir vermək lazımdır. Misal üçün, qurbanlıq ətin yumşaq yerini özünə götürüb, sümüklü yerlərini paylamaq olmaz. Qurbanlığın bütün hissələri və bütün əzaları üç hissəyə bölünməlidir”, - deyə o əlavə edib//oxu.az



Azərbaycanda Qurban bayramı nə vaxt qeyd ediləcək?
Kimlərə qurban əti vermək olmaz?
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Maraqlı sorğu: Bu il deputatlardan kimlər qurban kəsəcək?
Qurban bayramında yoxsulun haqqı var ki... - QMİ rəsmisi
Qurban bayramı ilə bağlı AÇIQLAMA
Azərbaycanda Qurban bayramı qeyd olunur
Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur
Qurban bayramına görə ət bahalaşdı?
Azərbaycanda daha bir qadağa tətbiq ediləcək
Qurban kəsənlər bunları bilməlidir
Qurban bayramı üçün heyvan kəsimi məntəqələrinin SİYAHISI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 