“Tədqiqatlar nə qədər yaxşı aparılsa da, qrip virusuna qarşı edilən peyvənd 60 faiz təsirli olur. Yenə də peyvənd etdirmək daha yaxşıdır. Amma daha yaxşı bir peyvənd hazırlamağımız mütləqdir”.
ONNmedia-nın məlumatına görə, bu fikirləri Milli Sağlamlıq İnstitutunun professoru Antoni Fauci qrip virusunun dünya üçün təhlükəsindən danışarkən bildirib.
Tarixdə ən ölümcül qrip epidemiyasının yayılmasının gələn il 100 yaşı tamam olur. Birinci dünya müharibəsindən sonra epidemiya kütləvi ölümlərə gətirib çıxarır. Bu illər ərzində tibb elmi bir sıra xəstəliklərin müalicəsində önəmli nəticələr əldə olunub. Lakin hələ də, qrip xəstəliyinin qarşısı tam olaraq alına bilmir. Bu gün qrip dünyada insanların sağlamlığını təhdid edir.
Alimlər hər il növbəti ildə yayıla biləcəyi yüksək olan viruslara qarşı qrip peyvəndi hazırlayır. Bəzən təxminlər doğru olsa da, mütəxəssislərin səhv etdikləri də olur.
Milli Sağlamlıq İnstitutununun alimi A.Fauci bildirib ki, bir neçə il əvvəl qrip peyvəndinin təsiri 10 faiz civarında idi. Qızılca peyvəndi tam effektli, uşaq iflicinə qarşı olan peyvəndlər isə 90 faiz təsirli olurdu. Qrip peyvəndini hazırlayanlar isə nəticələrdən razı deyil.
İnstitutun professoru David Vaughi isə bildirib ki, qarşısını almağa çalışdıqları qrip virusu çox geniş əraziyə yayılıb. Hər il dünya əhalisinin 20 faizi qripə yoluxur.
Sətəlcəm kimi qripin səbəb olduğu ağırlaşmalara qarşı müalicə mümkündür. Lakin 1918-ci ildə 50 milyon insanın ölümünə səbəb ola biləcək virus təkrarlansa, dünya tibbi onun qarşısında müdafiəsizdir.
Bəs 100 il ərzində tibb elmində əldə olunan irəliləyişlərdən sonra eyni virus təkrarlana bilərmi?
A.Fauci bu suala cavab verərək bildirir ki, 2009-cu ildə çoxlu sayda ölümə səbəb olmadığına görə H1N1 “donuz qripi” virusuna çox da diqqət edilmədi. Lakin bu da bir epidemiya idi, çünki dünya miqyasında yayılan bir virus idi.
D.Vaughi isə bildirir ki, qrip peyvənd aparılmayan bölgələrdə daha çox ölümə səbəb olur. Həkimlər beynəlxalq bir peyvənd kəşf edilənə qədər mövcud peyvəndlə insanların ölümdən xilas ola biləcəyinə inandıqlarını bəyan edirlər. Mütəxəssislərə görə peyvənd olmaq virusun yayılması ilə yanaşı, qrip kimi ölümcül epidemiya riskini də azaldır.(Publika.az)



Koronavirusla qrip üst-üstə düşərsə, fəlakət olacaq – ALİMLƏR
Vaksinlə bağlı əhaliyə çağırış
Bu peyvənd koronavirusa yoluxma riskini AZALDIR
Gələn il heç kəs qripə yoluxmayacaq?
Qrip olanlara 5950 manat veriləcək
Gürcüstanda yeni virus təhlükəsi
Qrip və viruslara qarşı ən təsirli mürəbbə elan edildi - SƏBƏB
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Qrip zamanı qızdırmanı aşağı salmaq sağalmaya mane olur
2100 nəfər qızılcaya yoluxdu
Qrip əleyhinə vaksinləmə niyə səmərəsizdir?-ACIQLAMA
Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 