Maska taxmaq, məsafə saxlamaq və digər karantin tədbirləri sağlamlığa heç bir şəkildə zərər verməyəcək, əksinə, qripə qarşı kollektiv immunitetin yaranmasına kömək edəcək. ONN media xəbər verir ki, bu barədə tibb elmləri doktoru, immunoloq, virusoloq Vladislav Jemçuqov müsahibəsində deyib. “Mövcud məhdudlaşdırıcı tədbirlər ona gətirdi ki, hazırda soyuqdəymə və kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər demək olar ki, yox dərəcəsindədir”. Bundan əvvəl bir sıra alimlər qış aylarında ciddi qrip xəstəliklərinin baş verməsi barədə məlumat vermişdilər. Onların fikrincə, koronavirusla mübarizədə məhdudlaşdırıcı tədbirlərə görə digər tənəffüs xəstəliklərinə, xüsusən də qripə qarşı cəmiyyətin immuniteti zəifləyib. Lakin Jemçuqovun sözlərinə görə, gələn il bu xəstəliyin epidemiyası üçün heç bir təhlükə yoxdur. O, mütəxəssislərin vəziyyəti nəzarətdə saxladıqlarını və ştamlar olarsa, növbəti qış peyvəndlərin uyğun olub-olmaması barədə mütləq məlumat veriləcəyini vurğulayıb. Bundan başqa həkim qeyd edib ki, qrip əleyhinə peyvənd vurdurmaq lazımdır. Çünki illərdir ki, qripə qarşı immunitet kütləvi vaksinasiya hesabına yaranır. “Əgər qripə qarşı vaksinasiyaya sentyabrın əvvəllərində başlasaq, heç bir epidemiya olmayacaq. Məhdudlaşdırıcı tədbirlər, üstəlik qrip peyvəndi sayəsində qrip virusunun yayılmasının qarşısını alacağıq”, - virusoloq bildirib.
Gələn il heç kəs qripə yoluxmayacaq?



Qripə görə məktəblər bağlandı
Hamilə qadın qripdən ÖLDÜ
Baş infeksionist: "Xəstəlik Azərbaycana da keçə bilər"
Səhiyyə Nazirliyindən qriplə bağlı MÜHÜM AÇIQLAMA
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Yazda yeni COVİD dalğası gözlənilirmi? – İmmunoloq CAVAB VERDİ
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
Qriplə bağlı XƏBƏRDARLIQ
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Qrip olanlara 5950 manat veriləcək
Məktəblərdə qripə görə KARANTİN
Baş infeksionistdən xəbərdarlıq: Uşaqlarda temperatur və qusma hallarının SƏBƏBLƏRİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 