ONN İnformasiya Agentliyi

Ürək və damarların sağlamlığını qoruyan içki – Həftədə 3 dəfə için!

Ürək və damarların sağlamlığını qoruyan içki – Həftədə 3 dəfə için!
24 Yanvar 2020 - 4:41

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölüm səbəbləri arasında birinci yerdədir.

Çin mütəxəssisləri sübut edir ki, ürək və damarların sağlamlığını qorumaq və ömrünü uzatmaq üçün sadəcə yaşıl çay içmək lazımdır. Araşdırmalar göstərib ki, həftədə 3 dəfə yaşıl çay içən insanda ürək tutması, infarkt və insultun riski 56% azalır.

ONN media bildirir ki, alimlərin fikrinə görə, bunun səbəbi yaşıl çayın tərkibində olan polifenol maddələridir. Bu maddələr təzyiqi tənzimləməyə yardım edir, damarların vəziyyətini yaxşılaşdırır, ürəyi qoruyur.

Bəs qara çay? Çin alimlərinin fikrinə görə, qara çay ürək və damarlar üçün faydalı olsa da yaşıl çaydan geridə qalır. Qara çay fermentləşmə prosesindən keçir ki, bu zaman onun tərkibində olan polifenolların antioksidant təsiri azalır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png