Dünya şou-biznesində olduğu kimi, Azərbaycan məşhurları da “İnstagram”dan biznes məqsədləri üçün istifadə edirlər.
Məsələn, stilist Samiraldo “İntagramda” reklam xarakterli hər paylaşım üçün minimum 200 AZN alır.
Günay İbrahimli – 1000 AZN
Sevda Yəhyayeva – 500 AZN
Murad Arif – 500 manat
Aparıcı Vusalə Kərimova – 400 manat
Gənc aktrisa Zümrüd Qasımova – 1000-2000 manat
Aktrisa Əfsanə Qasımova – 800 manat
Afaq Gəncəli – 500 AZN reklam üçün pul alır. Bu sıraya böyük izləyici kütləsi digər şou-biznes nümayəndələrini, viner-ləri də əlavə etmək olar.
Bəs, “İntagram”dan əldə edilən gəlirdən vergi ödənilməlidirmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, əgər “instagram”dan qazanc əldə edilirsə, vergi verilməlidir: “ Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, sosial şəbəkələr, o cümlədən “İnstagram” səhifəsi vasitəsi ilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq qanuna müvafiq qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir. Bu gəlir reklamdan da gəlmiş ola bilər”.
Amma bu günə kimi hansısa məşhurun “instagram”dan əldə etdiyi gəlirə görə vergi verməsi ilə bağlı xəbər çıxmayıb. Bəzən məşhurlar onlara hədiyyələr edildiyini, onlar da təşəkkür naminə bunu paylaşdıqlarını deyirlər.
Hər kəsə məlumdur ki, o “hədiyyələr” sırf reklam üçün edilir. Üstəlik ətirlər, geyimlər, müxtəlif əşyalar məşhurlara pulsuz verilməklə yanaşı, onlara əlavə pullar da ödənilir. Bu ödənişlərdən isə heç bir vergi tutulmur. Ümumiyyətlə nazirlik buna necə nəzarət edəcəyini, sistemi hansı formada quracağını bilmir.
Dünya təcrübəsində isə bu məsələ fərqlidir. Məşhurlar qazanclarını gizlətmirlər və buna görə də böyük məbləğlərdə vergi verirlər.



Azərbaycanlı məşhurlar İnstaqramdan bu qədər qazanır - MƏBLƏĞ
Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq?
Bu şəxslərə vergi güzəştləri tətbiq olunacaq
Aparıcılar toylara, görün, neçəyə gedirlərmiş
İnstagram-dan XƏBƏRDARLIQ - Silinəcək
İnstaqramda 1 paylaşıma görə 1 milyon pul qazanırlar
Bu şəxslər vergi ödəməyəcək
Bu şəxslərə şad xəbər- 10 illik güzəşt əldə edəcəksiniz
"İnstagram"da FANTASTİK RƏQƏMLƏR
Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır
Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 