Dünən Nizami Kino Mərkəzində “Qaragöz” komediya filminin qala gecəsi baş tutub.
ONN media xəbər verir ki, filmin rejissoru Orxan Mərdan, ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədovdur. Filmin soundtrekini isə Şeron qrupunun rəhbəri Rüstəm Zeynallı yazıb. Layihənin musiqisi ilk dəfə olaraq təqdimat mərasimindən əvvəl Rüstəm Zeynallının dirijorluğu və orkestrin müşayiəti ilə Nizami Kino Mərkəzinin səhnəsində canlı şəkildə səsləndirilib.
Qala gecəsində Elməddin Cəfərov, Oksana Rəsulova, Rustəm Zeynallı, Hüsniyyə Mürvətova, Ağaxan Salmanlı, Rasim Cədər, Şamil Süleymanov, Yasin Qarayev, Firəngiz Mütəllimova, Dilarə Əliyeva, Oqtay Əliyev, Elcan Rəsulov, Kamran Ağabalayev, İlkin Həsəni, Elmin Bədəlov və başqaları iştirak edib.
Ekran işinin rejissoru bildirib ki, filmdə hadisələr Qaranın evində, işlədiyi teatrda, Bakının müxtəlif yerlərində və Qəbələ şəhərində cərəyan edir. Büdcə ilə bağlı sualları cavablandırmaqdan imtina edən rejissor bildirib ki, bu barədə heç vaxt məlumat vermir:
"Büdcə Azərbaycan reallığına uyğun başa gəlib. Filmdə baş rolu Elməddin Cəfərov ifa edib. Eyni zamanda Kəbil Kərimov, Rasim Cəfər, Ceyhun Məmmədov və başqaları da yaradıcı heyətə daxildir".
Filmdə Qara rolunu canlandıran aktyor Elməddin Cəfərov baş qəhrəmanın "Hacı Qara" ilə oxşarlıqlarının çox olduğunu söylədi:
"Qara olduqca xəsis insandır. İndiyədək ifa etdiyim ən ağır rol olduğunu deyə bilərəm. Çünki film ərzində bu rolun xarakteri bir neçə dəfə və kəskin şəkildə dəyişir. Filmin sonunda Qara tamam başqa bir insana çevrilir. Qara o qədər xəsis insandır ki, qazandığı pulu heç özünə də xərcləmir. Filmdə xəsislik, ata qayğısı, sevgi, komediya, göz yaşı və faciə var. Filmin içində "Arşın mal alan" tamaşası ifa olunacaq. Burada mən Əsgər rolunda ifa etməliyəm. Bu, çox ağır roldur. Ümid edirəm ki, tamaşaçılar bəyəncək".
Qala gecəsinə oğulları ilə gələn aktyor bildirib ki, həyatda xəsis insan deyil:
“Bu xarakterlə ortaq cəhətlərimiz demək olar ki, yoxdur. Həyatda əliaçıq insanam, xəsis deyiləm. Xəsislik və dələduzluq kimi mövzular bu gün bir çox dünya ölkələrində filmlərin əsas mövzusunu təşkil edir. Bu da səbəbsiz deyil. İstər Amerikada, istər Avropada, istər şərqdə, istərsə də Azərbaycan cəmiyyətində belə adamlar çoxalıb. İnsani keyfiyyəti aşağı olan obrazların filmlərə gətirilməsi müsbət haldır. Yaradıcı insanlar filmlərdə belə insanları təsvir etməklə onları tənqid edirlər. Onlarla sənət yolu ilə mübarizə aparmağa üstünlük verirəm. Xəsis, dələduz və ya yaramaz insanlar filmlərdə öz obrazını görəndə utanırlar. Belə layihələr o insanlar üçün müəyyən mənada el qınağı rolunu oynayır.
Qaradan betər çox simic insanlar var ki, nə özü yaşayır, nə də ailəsini yaşamağa qoyur. Onlara baxanda sözün əsl mənasında ürəyim ağrıyır”.
Komediya filminin baş rol qəhrəmanı Oksana Rəsulova təəssüratlarını bölüşüb:
“Çəkilişlər çox əyləncəli keçdi, gülməkdən özümüzü güclə saxlayırdıq, lakin alınmırdı, qəşş edib gülürdük. Filmi birinci dəfə qonaqlarla birlikdə qala gecəsində izləyəcəm. Həyəcanlıyam, bununla belə inanıram ki, film uğurlu alınıb. Hesab edirəm ki, Elməddinlə tərəf müqabili olmaq hər aktrisa üçün xoşdur. Filmdə xəsis iş yoldaşına aşiq olan aktrisa obrazında çəkilmişəm. Çox maraqlı obrazdır”.
Qeyd edək ki, film ssenarisi evdə işıq yandırmayan, su, qaz işlətməyən, paket çayını yüzlərlə dəfə istifadə edən, kolbasa dilimini 5-6 dəfəyə yeyən bir insanın oğlu üçün böyrəyindən keçməsindən bəhs edir. Film ayın 18-dən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.



Azərbaycanda yarım milyon büdcəsi olan film çəkildi
Məşhur aktrisa qala gecəsində elə yıxıldı ki...
“Məhəllə 3” FİLMİ GƏLİR: Qüdrətsiz... - VİDEO
Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib
Məşhur Azərbaycan filmi tam bərpa olundu
Kıvanç Bakıya gəlmək istəmədi
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
Məşhur türklər Azərbaycana gəlirlər - GİRİŞ PULSUZDUR
Azərbaycanlı aktyorlar türk serialında
İmanov qardaşlarının "Məhəllə 3" filminin böyük təqdimatı baş tutdu - VİDEO
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
Məşhur türk serialının rejissoru Bakıya gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 