Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata əsasən R.Həsənovun “Daxildəki Ada” filmi “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb. Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir. Baş rollarda Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəlin oynadığı “Daxildəki ada” filmi Sarayevo Film Festivalının müsabiqə proqramında iştirak edən ilk Azərbaycan filmidir. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir. Film mənəvi və fiziki təzyiqlərdən xilas olmaq üçün vəhşi atların yaşadığı və bir sakini olan adaya qaçan şahmatçı gəncin hekayəsindən bəhs edir.
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu



“Çölçü” filmi yenidən mükafata layiq görüldü
“Qızıl Qlobus” sahibləri məlum oldu
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Bu film "Oskar" mükafatına layiq görüldü
Azərbaycanlı rejissorun filmi mükafata layiq görüldü
"Oskar-2021" mükafatlarının laureatları açıqlandı - ADLAR
“Oskar” mükafatının builki qalibləri kimdir?-SİYAHI
20 iyul Ramiz Əzizbəylinin doğulduğu gündür
Məşhur azərbaycanlı aktyor koronavirusdan öldü
Əsəd Əsədov vəfat etdi
İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 