Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmə prosesində F.Laçının vəkili Türkel Süleymanlı da çıxış edib.
ONN media Yenicag.az-a istinadla xəbər verir ki, açıqlama verən vəkil Fədayə və "Qoca” ilə bağlı maraqlı fakt da açıqlayıb:
"Cinayət işinin içində heç bir maddi sübut yoxdur. Hər bir şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Prokuror hesab edir ki, Fədayə xanım cinayət törədib. Lap törədibsə də, ola bilsin ki, psixoloji təsir altında törədib. Çünki Etibar Məmmədov (Qoca) çox təhlükəli adam olub. Xüsusi təhlükəli cinayətkardır. Bunu prokuror özü də deyib. Elə bir adamın xahişini yerə salmaq nəinki qadın üçün, elə kişi üçün də çətindir. Lap mehriban şəkildə bunu ondan istəsə də, bu xahişi yerinə yetirməmək mümkünsüzdür. Hər adamın gücü çatmazdı ki, bu xahişdən imtina etsin. Fədayə özü cinayət qurbanıdır. Fədayənin "Qoca”ya açar verməsi barədə ifadəsi var. Belə bir açar istifadə olunub, ya olunmayıb, ortada sübut yoxdur. Açar tapılmayıb axı. Bəlkə "Qoca” başqa açarla pəncərəni açıb”.
T.Süleymanlı "Qoca”nın qaçmazdan öncə Fədayə Laçına mesajlar yazdığını deyib:
"Bir ay ərzində "Qoca” dəfələrlə Fədayəyə zəng edib, mesajlar yazıb. "Nə oldu, dost deyilik? Bir xahiş etdim, sözümü yerə saldın”- bu tip mesajlar var. O, Fədayəni qorxutmayıb, söyüş söyməyib, amma psixi təsir edir. İstənilən insan belə adamla ünsiyyətdə olsa, qorxar, o da ola qadın”.



Vəkil Fədayə Laçına şərti cəza istədi
Fədayə Laçından xəbər var
Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB?
Fədayə Laçının məhkəməsi təxirə salındı - SƏBƏB?
“Qoca”nın nömrəsini Fədayəyə həyat yoldaşı verib - inanılmaz faktlar
Fədayə Laçından yeni xəbər var
Fədayə Laçınla bağlı son məlumat
Fədayə Laçınla bağlı xəbər var
Fədayə Laçının növbəti MƏHKƏMƏSİ
Fədayə Laçın və digərlərinin məhkəmə istintaqı yekunlaşdı
Fədayə Laçından xəbər var
Fədayənin azadlıqda ilk fotosu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 