Bu gün yerli mətbuatda "Maşın Şou" iştirakçısı Mənsur Şərifə 2.8 milyon dollarlıq avtomobil bağışlandığı barədə xəbərlər yayıldı.
ONN media "ölkə.az"a istinadən xəbər verir ki, yayılan xəbərlərə əsasən, Kaliforniyada yaşayan və "Pagani" avtomobil şirkətinin sahibi olan azərbaycanlı Ulmila xanım Mənsur Şərifin "Maşın şou"da çıxdığı dueldə səs toplaya bilməyərək ayrılmasına biganə qalmayıb və ona jest edib. O, Mənsura 2.8 milyon qiyməti olan "Pagani-Narcia" maşını hədiyyə etdiyini açıqlayıb.
Amma bu xəbəri oxuduqdan sonra bir anlıq yadıma düşdü ki, "Pagani" şirkəti İtaliyada yerləşir və 1992-ci ildə argentinalı qaçqın Horasio Paqani tərəfindən qurulub.
Şirkət karbondan hazırlanan hiperkarlar istehsal edir. "Pagani" şirkəti 1992-ci ildə Horasio Paqani tərəfindən qurulub və Modena yaxınlığında, San-Çezario-sul-Panaroda yerləşir.
Horasio bir müddət "Lamborghini" şirkətində işləyib. 1988-ci ildə "Pagani Composite Research" şirkətini qurub. Yeni şirkət bir neçə layihənin reallaşdırılması üçün "Lamborghini" ilə əməkdaşlıq edib.
1980-ci illərin sonunda Paqani öz konstruksiyası üzərində işləməyə başladı və yeni avtomobil layihəsini "C8 Layihəsi" adlandırdı. Paqani "C8"i "Formula 1" yarışlarının beşqat dünya çempionu Xuan-Manuel Fanxionun şərəfinə "Fangio F1" adlandırmaq niyyətində idi. 1993-cü ildə avtomobil uğurlu sınaq yürüşündən keçdi. 1994-cü ildə "Mercedes-Benz" şirkəti Paqaniyə V12 mühərrikləri verməyə razılaşdı.
Yeni model "Zonda C12" adlandırıldı. Avtomobil ilk dəfə 1999-cu ildə Cenevrə avtoşousu çərçivəsində təqdim edildi.
Sözügedən xəbərdə isə Ulmira xanım "Pagani" şirkətinin sahibi kimi təqdim edilir. Bunun isə nə dərəcədə doğru olub-olmadığını bilmirik. Yuxarıda qeyd edilənlər isə internetin rus və ingilis dilində aparılan kiçik araşdırmanın nəticəsidir.
Bundan başqa, "Pagani" şirkətinin "Narcia" modeli haqqında da araşdırma apardıq, amma "Google"da da bu model haqqında araşdırma zamanı sadəcə yerli saytlardakı Mənsur Şərif xəbəri qarşımıza çıxdı.



Dünyada ən çox bu avtomobillər satılır
ABŞ Bakıya 509, İrəvana isə 2 minlik hərbi məhsul göndərdi
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
Rusiya Ermənistan ilə əlaqələrini kəsir?
Məşhur iş adamı "Bizim market"i satdı
Son on ilin ən varlı musiqiçiləri - SİYAHI
Kəlbəcər İcra Hakimiyyəti “Xəzər” maşını aldı
"Samsunq"dan gözlənilməz: Bu ölkədə istehsal dayandırıldı
Ölkədə avtomobil istehsalı rekord həddə çatır
İxrac edilən bəzi neft-qaz məhsullarının həcmi və dəyəri açıqlandı
6 yaşlı qız ayda 3 milyon qazanır və...
Paşinyan lüks həyat yaşayır - Davtyan
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 