ONN İnformasiya Agentliyi

Bəhram Bağırzadə: “Hamı elə bilir ki, hər şey yaxşıdır, əslində…”

Bəhram Bağırzadə: “Hamı elə bilir ki, hər şey yaxşıdır, əslində…”
15 Avqust 2020 - 13:54

Əməkdar artist Bəhram Bağırzadə “Planet Parni iz Baku” komandasının İnstaqramda yayımlanan 2+1=4 adlı layihəsinin canlı yayımında qonaq olub.

ONN media  xəbər verir ki, xəstəliyindən söz açan aktyor səhhətinin hələ tam bərpa olunmadığını bildirib.

“Hamı elə bilir ki, artıq məndə hər şey yaxşıdır, əslində reabilitasiya gedir. Yenidən gəzməyi öyrənirəm. Çünki əzələlərim yanıb, gəzməyə çətinlik çəkirəm, otaqdan mətbəxə 7 dəqiqəyə çatıram”, – Bağırzadə açıqlamasında qeyd edib.

20 gün komada, 26 gün isə reanimasiyada qaldığını deyən aktyor çətin imtahandan keçdiyini etiraf edib:

“Hansı əzab-əziyyətləri çəkmişəm, Allah bilir. Bəziləri deyir ki, Bəhram Bağırzadə şou edir, guya koronavirusa yoluxmayıb, bağda oturub istirahət edir, onun üçün şərait yaradıblar. Komadan ayılandan sonra 4-5 gün çox çətin oldu. İnsan çox sentimental, kövrək olur. Sən anlamırsan ki, hardasan. Mən xəstəxanaya yerləşdiriləndə huşumu itirmişdim. Birinci həftə nə baş verdiyini, hansı xəstəxanada olmuşam, oradan hansı xəstəxanaya aparıblar, bilmədim”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png