ONN İnformasiya Agentliyi

Nigar Camal “Jara”dan uzaqlaşdırılıb? – Açıqlama

Nigar Camal “Jara”dan uzaqlaşdırılıb? – Açıqlama
01 Avqust 2019 - 16:15

“Eurovision” qalibi Nigar Camalın “Jara” musiqi festivalından uzaqlaşdırılması barədə məlumat yayılıb. News24.az-ın yaydığı informasiyada bildirilir ki, o, Stas Mixayılovla duet oxumadığına görə festivaldan kənarlaşdırılıb. Hətta səhnəyə çıxmayıb.

ONN media xəbər verir ki, sənətçinin mətbuat xidməti yayılan məlumatlara aydınlıq gətirib.

“Nigar Camalla Stas Mixayılovun dueti əvvəlcədən planlaşdırılıb və hər iki sənətçinin fonoqram üzərində canlı ifası nəzərdə tutulub. Lakin Bakıda səsyazma studiyasında Stas Mixayılovun mahnısı Nigarın səsi ilə yazılsa da, səsin yazılma keyfiyyəti qarşı tərəfi qane etməyib. Festivalın keçiriləcəyi gün isə Nigar Camala Stas Mixayılovun fonoqram üzərində canlı, onun isə təkcə canlı ifasının olacağı deyilib. Bu zaman isə müğənni həmkarı ilə onun səsinin arasında böyük fərq yaranacağını bildirib və Stas Mixayılovla səhnəyə çıxmaqdan imtina edib. Sənətçinin bu məsələyə görə “Jara” festivalından uzaqlaşdırılması və səhnəyə çıxmasının qarşısının alınması məsələsi ilə absurddur. Nigar Camal 26 iyul gecəsi səhnəyə çıxıb və “Я в твоем плену” mahnısını ifa edib. Bunun görüntüləri də var. “Jara” təşkilatçıları ilə komandamız arasında heç bir problem yaranmayıb”, -deyə açıqlamada qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png