ONN media xəbər verir ki, Bakıda piyadadan 10 manat rüşvət alan polislər işdən çıxarılıb.
Polis əməkdaşları barədə Bakı Şəhər Baş Polis İdarəsində aparılan xidməti yoxlama zamanı müəyyən olunub ki, mətbuatda yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu Azadlıq Prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib.
Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu müəyyən edilən yerdən keçən piyadalara dayandırmanın səbəbini izah etsələr də heç bir sənədləşdirmə aparmayıblar. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və "DİO əməkdaşlarının etik davranış kodeksi”-nin tələblərini pozduqlarına görə, "Azərbaycan Respublikasının daxili işlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 9-cu bəndinə əsasən Binəqədi RPİ Dövlət Yol Polis şöbəsinə Binəqədi RPİ Post Patrul Xidməti Bölüyündən ezam olunmuş əməkdaşlar aparılan xidməti yoxlamanın nəticəsinə görə, Bakı şəhər BPİ rəsinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib.
Sözügedən xəbəri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a təsdiqləyib.



Rüşvət alarkən videosu yayılan polislər tapıldı
Vilayət Eyvazov rüşvət alan polisi İŞDƏN ÇIXARDI
Piyadaları cərimələyən polislər artıq olmayacaq?
Daxili işlər nazirindən kütləvi ixtisar: Rəis və əməliyyatçılar işdən çıxarıldı
Bakıda "07" qaçıran şəxslər HƏBS EDİLDİ
Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı — RƏSMİ
Vilayət Eyvazov vəzifəli şəxsi işdən çıxartdı
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi
Masazırda binada yanğın: köməyə gələn 4 polis...
Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Yol polisində aparılan yoxlamalarla bağlı RƏSMİ
Postlarda qanunsuzluq edən polislər işdən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 