Ermənistan və Qarabağdakı separatçı rejimdə yaşayan əhalinin 23,5%-i yaxın 5 il ərzində Qarabağ konfliktinin sülh yolu ilə həll olunacağına inanır.
ONN media xəbər verir ki, bu barədə informasiya Qafqaz İnstitutunun hesabatında yer alıb. Hesabata əsasən, əhalinin 26,8%-i yaxın zamanlarda genişmiqyaslı müharibənin başlayacağını bildirib. 42,5% şəxs isə status-kvonun saxlanılacağına əmindir.
İnstitutut daha çox kənd yerlərində əhalinin sülhün əldə olunma imkanlarının müharibədən daha çox olduğuna inandıqlarını söyləyiblər. Müharibənin olacağına inananlar sırasında İrəvan əhalisi böyük üstünlük təşkil edib. Qafqaz İnstitutu Ermənistanda və qondarma rejimdə hökumət və KİV-ə inananların daha çox sülhə etibar etdiklərini bildirib.
Ermənilər arasında Qarabağ konfliktini müharibə yolu ilə həll etmək istəyənlərin də sayı çox olmayıb. Onlar əhalinin 9%-ni təşkil ediblər. 86% insan konfliktin sülhlə həllini istədiyini bildirib. Yalnız 5% şəxs status-kvonun saxlanılmasını istəyib.
Ən maraqlı məqam isə Qarabağın statusu ilə bağlı ermənilərin verdiyi açıqlamalar olub. Belə ki, Ermənistan əhalisinin 53,6%-i Qarabağın Ermənistana birləşdirməsini istəyib. 46,1% insan isə onun müstəqil dövlət olaraq qalması gərəkdiyini bildirib. Yalnız 0,3% şəxs Qarabağa Azərbaycanın tərkibində muxtariyyat verilməsinə razı olduğunu söyləyib. Qondarma rejimdə əhalinin 50,5%-i Ermənistana birləşmək istədiklərini açıqlayıb. 48,9% şəxs isə müstəqil ölkə olmaq istədiklərini deyib. Cəmi 0,1% şəxs Azərbaycanın tərkibində muxtariyyət almaq istədiklərini söyləyib.
Separatçı rejimin müstəqil olaraq qalmasını daha çox gənc nəsil, Ermənistanla birləşməyi isə yaşlı nəsil istəyib.
Hesabatda digər önəmli məqam Azərbaycanla kompromisə getmək məsələsi olub. Belə ki, ermənilərin 86,4%-i Azərbaycana işğal edilmiş rayonlardan heç birinin qaytarılmaması gərəkdiyini bildirib. 7,6% respondent isə 5 və ya 7 rayonun Azərbaycana qaytarılmasını istəyib. Qarabağın tam olaraq Azərbaycana verilməsini əhalinin 0,6%-i dəstəkləyib.(axar.az)



Azərbaycan əhalisinin sayı nə qədərdir? - AÇIQLANDI
Dünya əhalisinin sayı nə qədərdir?
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Koçaryana görə İrəvan QARIŞDI- Nə baş verir?
Azərbaycan əhalisinin sayı nə qədər artıb?
Qrudin Qarabağ probleminin həlli YOLUNU GÖSTƏRDİ
Ermənilər Qarabağa qayıtmamağa qərar verdi
Qarabağda biz döyüşməliydik? Sizi Ukraynaya çağırmışıq
Paşinyan Xankəndiyə elə bir məktub göndərdi ki...
Bakı Soçi görüşündən nə əldə etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 