"“Azərbaycan Ordusu daim təlimlər keçir. Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır. Azərbaycan Ordusu hər dəqiqə müharibəyə hazır olmalıdır".
ONN media xəbər verir ki, bu sözləri Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində deyib.
Müdafiə naziri, ordumuzun öz müqəddəs borcunu yerinə yetirməyə, torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını, hazır olduğunu və bunu arzuladığını vurğulayıb: "Bizim şəxsi heyətin döyüş hazırlığının yüksək olmasının sübutu da var. 2016-cı ildə biz bunu sübut etdik".
Z.Həsənov, Ermənistanın son zamanlar keçirilən beynəlxalq hərbi oyunlarda sonuncu yeri tutmasına da münasibət bildirib.
"Hər bir hərbi oyunda onlar biabır olurlar. Azərbaycan Ordusu isə belə yarışlarda daim yüksək yerlər tutur. Bu, ordumuzun nə dərəcədə böyük döyüş qabiliyyətinə malik olmasının göstəricisidir. Şəxsi heyətin yüksək səviyyədə döyüş hazırlığı, döyüş qabiliyyəti, ilk növbədə onların vətənpərvərliyindən asılıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər şəxsi heyətin nizam-intizamı, ideoloji hazırlığı yüksək səviyyədədir. Azərbaycan xalqı öz Ordusunu sevir, ona güvənir və ona dəstək olur", - deyə o qeyd edib.



Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
Zakir Həsənovdan orduya QƏTİ TAPŞIRIQ
Zakir Həsənovdan ƏMR: Təxribatların...
Zakir Həsənov əmr verdi: DƏRHAL CAVAB VERİLSİN
Zakir Həsənov azad olunmuş ərazilərimizdə - FOTOLAR
Azərbaycan Ordusu sərt cavab tədbirlərinə tam hazırdır - Zakir Həsənov
Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır - Polkovnik
"Ordumuz HAZIRDIR"- Zakir Həsənov
Zakir Həsənov azad edilən ərazilərə gedib, yeni hərbi hissə istifadəyə verilib
Zakir Həsənov xidməti müşavirə keçirdi
Zakir Həsənov cəbhə xəttində- VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 