Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ilə bağlı yaranmış ajiotajdan sonra univertitet rəhbərliyi tərəfindən tələbələrə məcburi inşa yazdırıldığı haqda məlumat yayılıb. ONN media-ya daxil olan məlumatda bildirilir ki, Bakı Slavyan Universitetinin tələbələrinə Primakovla bağlı inşa yazmaları üçün xüsusi ayrılmış auditoriyaya gəlmək tapşırığı verilib. Məqsəd isə Rusiya səfirliyinin Yevgeni Primakovla bağlı elan etdiyi esse müsabiqəsinə qatılması səbəbindən böyük qınaqla üzləşməsinə “alibi” qazanmaqdır. İddia edilir ki, tələbələrdən bəziləri bu kampaniyaya qoşulmaqdan imtina etdikdə onlara aqibətlərinin yaxşı olmayacağı ilə bağlı xəbərdarlıq edilib. Hazırda böyük auditoriyaya doldurulan tələbələrin “Primakov kampaniyasına dəstək” inşası davam edir. Məsələ ilə bağlı saytımıza danışan BSU-nun mətbuat katibi Mənsur İbrahimli tələbələrə heç bir göstəriş verilmədiyini deyib: “Bu barədə universitet tələbələrə heç bir göstəriş verməyib, onlara məcburi yazı yazdırılmayıb. Yayılan məlumatlar böhtandır, iftiradır. Hansısa tələbə yazırsa, öz real, obyektiv, sağlam düşüncəli mövqeyini yazır. Burada göstərişdən söhbət gedə bilməz. Hər şeyi tələbələr könüllü edir”.
BSU-da şok: Primakov kampaniyası başladı - Tələbələr etiraz edir



Rektorun 20 Yanvar qatilinə “sevgisi”: üzrü günahından betər...
Döyüşçülər Azərbaycan xalqının qatili Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi - BƏYANAT
"SÖZbir" hərəkatından etiraz - BƏYANAT
Bakı Slavyan Universitetinin rektoru qovulan tələbələrlə bağlı açıqlama verdi
Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
Universitetlərdə COVİD-19 pasportu belə yoxlanılacaq
Slavyan Universitetinin şöbə müdiri barəsində cinayət işi açıldı
“Vətənim Azərbaycandır!” esse müsabiqəsinə start verilir
Zelenskidən Rusiya ilə bağlı növbəti qərar
Prezident Nurlana Əliyevanı işdən çıxardı
Heydər Əliyev: "Bakı Slavyan Universitetinin tələbələri bu xalqın qaymağıdır"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 