Türkiyədə yaşayan "SÖZbir" hərəkatının üzvləri hərəkat adından bəyanat yayıblar. ONN media xəbər verir ki, bəyanatda Bakı Slavyan Universitetinin ləğv edilərək Xarici Dillər Universitetinə birləşdirilməsi və BSU-nun indiki rektorunun cəzalandırılması, vəzifəsindən azad edilməsi tələb edilir: Bəyənatı təqdim ediikr: "Tələb edirik! BSU rəhbərliyi cəzalandırılmalı, Rektor tutduğu vəzifədən azad edilməlidir! 1990-cı il 20 Yanvar qətliamı keçmiş rus-sovet ordusu tərəfindən Azərbaycan xalqının ərazi bütünlüyü və haqlarının müdafiəsi üçün yüksəltdiyi etiraz səsini boğmaq üçün törədilmiş, bir gecənin içində 100-dən artıq insan vəhşicəsinə qətlə yetirilmişdi. Rus tankları silahsız insanları atəşə tutmuş və etirazçıların üzərindən keçmişdi. 20 Yanvar qətliamından sonra xalqımız rus dövlətinin onun haqlarını qorumayacağını görərək 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdi. Rus-sovet rəhbərliyi bu qərara cavabı Xocalı soyqırımının törədilməsi və Qarabağla bərabər, ətraf rayonların da erməni terroristlərinin əlinə keçməsinə şərait yaratdı. 1 milyondan çox insanımızın qaçqın düşməsinə, 20 min insanın şəhid olmasına, 50 mindən artıq insanın şikəst qalmasına və 5 minə qədər vətəndaşımızın itkin düşməsinə, o cümlədən, şəhər və kəndlərimizin darmadağın edilməsinə, bu günə qədər də torpaqlarımızın işğal altında qalmasına səbəb olan rus-sovet məmurlarından biri də Yevgeni Primakov olmuşdur. Bu günlərdə Bakıdakı Rusiya səfirliyinin maliyyələşdirdiyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının yaşadığı bütün fəalakətlərə səbəb olan qatillərdən birinin-Yevgeni Primakovun həyatını əks etdirən fotosərgi keçirilməsi xlqımızın milli heysiyyətini tapdamaqla bərabər, şəhidlərimizin ruhuna təhqirdir. Bu sərgi əslində daim bölgədə hegemonluq iddiasıını bərpa etmək istəyən Rusiya Federasiyası tərəfindən müstəqil Azərbaycan Respublikasına və onun xalqına mesajdır, daha dəqiq desək, təhdiddir. Narahat edici faktdır ki, bu sərgidən sonra müstəqil Azərbaycan dövlətinin büdcəsindən maliyyələşən Bakı Slavyan Universitetində Yevgeni Primakova həsr olunmuş esse müsabiqəsi də keçirilmiş, qalib tələbələr mükafatlandırılmışdır. Soruşuruq: Azərbaycanda Xarici Dillər Universitet olduğu halda, ayrı bir Slavyan Universitetinin olması kimin maraqlarına xidmət edir? Azərbaycan xalqının qanını tökənlərdən biri olmuş cəllad Primakov hansı haqla və hansı əsasla Azərbaycanın universitetində xatırladılır, reklam edilir, hətta adına müsabiqə keçirilir? Son zamanlar baş vermiş hadisələr göstərdi ki, “Bəlkə də qaytardılar” ümidi ilə yaşayan rus-kommunist zenhiyyətli, Azərbaycanın müstəqilliyini qəbul edə bilməyən, müstəqilliyimizi ikinici bir dövlətə qurban verməyə hər zaman hazır olan kadrlar hələ də dövlət qurumlarında, həm də strateji-idealoji mövqelərdə təmsil olunurlar. Əgər bu şəxslər dərhal vəzifələrindən azad edilərək zərərsizləşidirilməsələr, dövlət xəyanətə davam edəcək və daha təhlükəli addımlar atacaqlar. SÖZBİR hərəkatı olaraq, Bakı Slavyan Universitetinin ləğv edilərək Xarici Dillər Universitetinə birləşdirilməsini və universitetin rektoru Nurlana Əliyevanın dərhal vəzifəsindən azad edilərək dövlətə və vətənə xəyanətdən cəzalandırılmasını tələb edirik! Tələbimiz yerinə yetirilməyənə qədər bu Vətən və Dövlət xainləri ilə mübarizəmizi davam etdirəcəyik! Dövlətimizin müstəqilliyinə, ərazi bütünlüyünə qarşı çıxan hər kəsə qarşıyıq! Yaşasın müstəqil Azərbaycan Respublikası! Azərbaycanın müstəqilliyi əbədidir, toxunulmazdır! Abil Babaoğlu (İkinci Bakı Batalyonu bölük komandiri) SÖZbir hərəkatının sədri Tahir Bababəyli Məsləhətçi "SÖZbir" hərəkatının idarə heyəti: Sevda Mikayılqızı Aygün Həsənoğlu Nigar Ögeday Şəbnəm Karslı Məhsəti Şərif Çiçək Həsənova Nərgiz Əziz Elçin Aslangil Maya Quliyeva Şəhla Çakar Səbinə Tağıyeva" asasmedya.info
"SÖZbir" hərəkatından etiraz - BƏYANAT



Döyüşçülər Azərbaycan xalqının qatili Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi - BƏYANAT
XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
XİN Ermənistanın 20 Yanvar hadisələri əleyhinə təbliğatına cavab verdi
Qanlı Yanvar hadisələrindən 30 il ötür
Xalq 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
Onlar mütləq cəzalandırılmalıdır- XİN
Ermənistan XİN-in əsassız ittihamlarını rədd edirik - XİN
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
Ombudsman 20 Yanvar faciəsi ilə bağlı BƏYANAT YAYDI
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
İSESKO-dan ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı - BƏYANAT
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 