Argentina vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuyel Domingez Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən ONN media-ya verilən məlumata görə, məktubunda Xuan Manuyel Domingez 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb.
O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Xuan Manuyel Domingez Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.
Xuan Manuyel Domingez “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.
Xuan Manuyel Domingezin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.



XİN rusiyalı jurnalistin adını “qara siyahı”dan çıxardı
XİN -dən Qarabağa qanunsuz gedən alman jurnalistlə bağlı qərar
Ərəb bloqer Azərbaycan xalqından üzr istədi
İtaliya vətəndaşı Azərbaycandan üzr istədi
Telejurnalistin adı siyahıdan çıxarılıb- XİN
Ukraynalı Azərbaycandan üzr istədi
Rəsmi Bakı onu qara siyahıdan çıxardı
XİN onların adını “qara siyahı”dan çıxardı
Azərbaycan 96 nəfəri qara siyahıya saldı
Azərbaycan Kanadaya nota verib
Azərbaycan bu jurnalistlərə cinayət işi açır
Gözlənilən icazə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 