Bu həftədən xaricdə qeydiyyatda olan avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsinə il ərzində 90 gün məhdudiyyət qoyulması barədə qərar qüvvəyə minib. ONN media xəbər verir ki bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb. Qərara əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib. Başqa sözlə, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərti ilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir./oxu24
90 gün məhdudiyyət... - Nazirlər Kabiteni qərar qəbul etdi



Baş Nazirdən xarici nömrəli maşınlarla bağlı mühüm QƏRAR
Yeni sadələşdirilmiş gömrük bəyannaməsi təsdiqləndi - NÜMUNƏ
Azərbaycanda gömrük qaydaları ilə bağlı YENİ QƏRAR
Gömrük sərhədindən malların və avtomobillərin keçirilməsi qaydasında dəyişiklik edilib
Nazirlər Kabinetinin 300 dollarlıq LİMİT QƏRARI qüvvəyə mindi
Ölkəyə mal gətirilməsi qaydaları sərtləşdirildi - ƏMR İMZALANDI
Son qərar ölkədə qiymət artımına səbəb olacaq?
Gömrükdən keçirilən mallara qoyulan məhdudiyyətlərlə bağlı RƏSMİ AÇIQLAMA
Bu qaydalarda dəyişiklik edildi
DGK mobil telefonlarla bağlı əhaliyə müraciət etdi
Azərbaycana Çin məhsullarının gətirilməsinə QADAĞA QOYULDU
Prezidentdən gömrüklə bağlı təklif
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 